Home Cəmiyyət İstehlaka yararsız qida məhsulları məhv edildi

İstehlaka yararsız qida məhsulları məhv edildi

188
0

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlakçı hüquqlarının qorunması, həmçinin qida zəncirinin bütün mərhələsində qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri davam etdirir.

Sosialxəbər.az bildirir ki, Bu barədə Axar.az-a Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

“Merano-Baku” MMC-nin Agentliyə müraciəti əsasında, istehlaka yararsız və istifadə müddəti bitmiş 1380 kq müxtəlif növ qida məhsulları (donmuş tərəvəz, pendir, dəniz məhsulları və s.) “Təhlükəli Tullantılar” MMC-yə məxsus tullantıların zərərsizləşdirilməsi poliqonunda məhv edilib.

AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi üçün ardıcıl tədbirlərini davam etdirir və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısının alınması istiqamətində müvafiq addımlar atır.

Previous articleSaxta sənədlərlə ölkədən çıxmaq istəyənlər saxlanıldı
Next articleBaş nazir Milli Məclisdə hesabat verir

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here