Home Cəmiyyət Gömrük idarələri Novruzda 3 gün işləyəcək

Gömrük idarələri Novruzda 3 gün işləyəcək

206
0

Novruz bayramı ilə əlaqədar qeyri-iş günlərində gömrük sərhədindən keçirilən malların operativ şəkildə gecikmədən rəsmiləşdirilməsi, mal və nəqliyyat vasitələrinin sürətli keçidinin təmin edilməsi məqsədilə Dövlət Gömrük Komitəsinin strukturuna daxil olan ərazi və ixtisaslaşdırılmış gömrük idarələri 23, 24, 25 mart tarixlərində gündəlik iş rejimində fəaliyyət göstərəcək.

Sosialxəbər.az xəbər verir ki, bu barədə Komitə məlumat yayıb.

“Gömrük rəsmiləşdirilməsi zamanı xarici ticarət iştirakçıları hökumət ödəniş portalının xidmətindən istifadə etməklə mal və nəqliyyat vasitələrinə görə gömrük ödənişlərini həyata keçirə bilər”, – qurum bəyan edib.

Previous articleƏliyev BƏƏ-nin energetika nazirini qəbul etdi
Next articleQHT Agentliyin dəstəyi ilə psixoloji yardımı davam etdirir

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here