Home Təhsil Dərslik dərdi: savadsız yığını, yoxsa qəsd?

Dərslik dərdi: savadsız yığını, yoxsa qəsd?

1083
0

Tam bir ay öncə – fevralın 15-də saytımızda 5-ci sinif “Rus dili” dərsliyindəki yanlışlıq gündəmə gətirilmişdi.

Dərslikdə çərşənbələrin ardıcıllığında yanlışa yol verilib – “su”, “od”, “yel” və “torpaq” ardıcıllığı pozulub, “yel” və “torpaq” çərşənbələrinin yeri səhv göstərilib və İlaxır çərşənbənin Yel çərşənbəsi olması barədə uşaqlarda çaşqınlıq yaradan məlumat əksini tapıb.

Bununla bağlı Təhsil Nazirliyinə göndərdiyimiz sorğuya “araşdırılacaq” deyildi və tam bir aydan sonra cavab gəldi ki, dərsliyi “Şərq-Qərb” nəşriyyatı hazırlayıb və sualımıza da ordan cavab tapa bilərik.

Əlbəttə, bu, böyük məsuliyyətsizlikdir: bəs, TN nə işlə məşğul olur və bu qurumun mütəxəssisləri hara baxır? Dərslikdə gedən səhvi göstərəndə belə bu nazirlik məsuliyyəti üstündən atırsa, hansı haqla “təhsilin nazirliyi” adını daşıyır?

“Şərq-Qərb” nəşriyyatı isə sorğuya bu cür cavab verib: “Avesta”ya istinad edən elmi araşdırmalar Torpaq çərşənbəsinin əvvəl, Yel çərşənbəsinin sonuncu olduğunu göstərir. Digər mənbələrdə isə müxtəlif ardıcıllıq təqdim edilir. Burada səhv yoxdur, sadəcə, müxtəlif regionlarda Novruz adətləri fərqlənir. Folklor İnstitutunun araşdırmalarına görə, bu müxtəliflik regionların iqlimi ilə bağlıdır. Məsələn, Naxçıvanda Yel çərşənbəsi sonuncu olur”.

Bu qədər savadsız, savadsız olduğu qədər də məntiqsiz açıqlamanı və bu savadsız-məntiqsizliyi uşaqların şüuruna yeritməyi təsəvvür etmək çətindir.

“Avesta”dan sitat gətirən bu savadsızlar nə dediklərinin fərqindədirlərmi? Ümumiyyətlə, “Avesta” haqqında təsəvvürləri varmı? Bilirlərmi ki, “Avesta”ya əsaslanan elmi araşdırmalarda ümumiyyətlə tamamilə fərqli qənaətlər var?

Savadsızlığını “Avesta”nın arxasında gizlənməklə pərdələmək istəyənlər doğrudanmı elə düşünür ki, ağızlarından tökülən sözləri eşidənlərin hamısı qatalardan xəbərsizdir?

Əvvəla, “Avesta”da 4 çərşənbə məsələsi yoxdur, 7 ünsürdən danışılır və orda Hörmüzün Əhrimənə qalib gəlməsi üçün keçirilən mərasimlər indiki ənənələrdən çox fərqlənir – ay savadsızlar!

İkincisi, çərşənbələrlə bağlı konkret qərar var: doğrumu, yanlışmı, “Avesta” nə qədər bu sistemdə örnək götürülüb? – bu ayrı sualın mövzusudur. Ancaq hazırkı qənaət Axırçərşənbənin Torpaq çərşənbəsi olmasıdır və bu, artıq sistemləşdirilib, elmi nəticədir. Siz hansı ağıl və savadla hansısa regiona istinad edib, ağlınıza gələni yaza və sonra da bunu müdafiə edə bilərsiniz? Elmi qənaət nədirsə, onu da təqdim etməyə borclusunuz və uşaqlarda yanlış qənaət yaratmamaq sizin vəzifənizdir.

Səhvi aradan qaldırmaq və yeni nəşrlərdə elmi qənaəti bərpa etmək əvəzinə bu qədər savadsızcasına özünü müdafiə etməyi təsəvvür belə etmək çətindir.

Gör, dərsliklər, elm kimlərin əlindədir

Previous articleBaş nazir Milli Məclisdə hesabat verir
Next articleİlham Əliyev təməlqoyma mərasimində iştirak etdi

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here