Home Qarabağ Şuşa girişində mühasirə: Polkovnik hücuma keçdi

Şuşa girişində mühasirə: Polkovnik hücuma keçdi

252
0

Bu, 44 günlük Vətən savaşı ilə bağlı ilk sənədli romandır. Roman müəllifinin oğlu və qardaşı oğlu ilk günlərdən döyüşlərə qatılıb və Şuşa uğrunda savaşlara qədər iştirak ediblər (Müəllifin qardaşı oğlu şəhid olub).

Roman faktlar, sənədlər, döyüşçülərin xatirələri, real döyüş əməliyyatları əsasında qələmə alınıb.

Sosialxəbər.az bildirir ki, Beləliklə, Kult.az tanınmış yazıçı Etibar Muradxanlının “Dəmir Yumruq əməliyyatı 44” adlı sənədli romanının kiçik ixtisarla dərcinə başlayır.

Əvvəli BURADA

07.11.2020-ci il, saat 17:58

…Kapitan Ülvi Hüseynov döş cibindən telefonunu çıxarıb yaxınlığındakı əsgərinə uzatdı:

– Götür, əsgər, valideylərinlə vidalaş! Sonra da o birilərinə ötürərsən…

Valideynləri ilə vidalaşmaq növbəsi əsgər Cahid Yaqubova çatan an başının üzərindən uçan avtomat güllələrinə, ətrafında partlayan tank və minaatan mərmilərinə məhəl belə qoymadan arxası üstə yaş torpağın üzərinə üzanıb atasının nömrəsini yığdı. Atası zəngə cavab verən kimi:

– Yaz ata, – bağıraraq göstəriş verdi. Hərbi hissənin nömrəsini və komandiri Ülvi Hüseynovun adını qeyd edib dərhal da əlavə etdi: – Biz hazırda Şuşa şəhərinin yaxınlığında mühasirədəyik, ata. Ağır döyüşlər gedir. Komandirimiz Ülvi evlərimizə zəng edib halallaşmaq üçün bizə şərait yaradıb. Haqqınızı halal, edin!

– …Halal olsun, Cahid! – Atasının bir anlıq sükutdan sonra yerindən qopub boğazında çırpınan ürək döyüntüləri üzərlərinə yağan tank mərmilərinin gurultusunu anındaca batırdı: – Allah sizi qorusun, Cahid! – Hüzn dolu xırıltılı səsi ətrafında partlayan mərmi və güllə səslərindən qəlbini daha çox titrətdi: – Allah sizi qorusun, Cahid! – Gözlənilməz və cavabsız, duadan savayı qarşılığı olmayan xəbərin qarşısında atası başqa bir söz söyləyə bilmədi və fikrini bitirmədən əlaqə kəsildi.

Bu zaman Cahid Yaqubovun qardaşı, xüsusi təyinatlılarının baş leytenantı Əliqismət Yagublunun eyni məkanda, yalnız onların mühasirəyə düşdüyü yerdən bir qədər aralıda, ikicə gün qabaq Şuşa uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmasından hələ xəbəri yox idi. Bu barədə o, bir-neçə gün sonra, Füzuli rayonunun Əhmədbəyli kəndindəki hospitalda müalicə olunduğu zaman xəbər tutacaqdı…

Valideynlərinə zəng edib halallaşmaq üçün gözlərini ona dikib növbə gözləyən döyüş yoldaşlarını görən əsgər Yaqubov nömrəni təkrar yığmaq fikrindən vaz keçdi. Telefonu digər döyüş yoldaşlarına ötürüb səngərdə mövqe tutmuş komandiri kapitan Hüseynova tərəf süründü.

– Tufan! Tufan! Tufan! – Kapitan Hüseynov radioqəbuledicinin düyməsini basıb bağırdi: – Tufan! Tufan!

Amma qulaqları tutulduğundan radioqəbuledicinin artıq sıradan çıxdığını, yalnız heç bir məna ifadə etməyən xışıltı ilə briqada komandirinin bağırtılarını əks etdirdiyini duya bilmədi.

Kapitan Hüseynov qəzəblə radioqəbuledicini yerə çırpıb avtomatını götürdu. Bir neçə metr qarşıda partlamış minaatan mərmilərinin zərbindən ön tərəfi xeyli dayazlaşmış səngərin içində diz üstə yerə çöküb silahını sinəsinə sıxdı. Avtomat gurladı. Həmlə taborunun tutduğu mövqeyə tərəf sürünən bir neçə düşmən əsgəri arxaya diyirlənib qalaqlanmış meyitlərə ilişərək yerindəcə qaldı. Döyüş yoldaşlarının meyitləri arxasında mövqelənən düşmən eyni anda kapitan Hüseynovun atəş açdığı istiqaməti gülləyə tutdu. Güllələr vıyıltı ilə başının üstündən uçdu. Kapitan Hüseynov bir anlıq səngərin içinə çöküb yenidən yuxarı sıçradı. Avtomat dilləndi, artıq irəliləməyə cəsarət tapmayan düşmən əsgərləri yenidən qınlarına çəkilib başlarını istehkam kimi yararlandıqları ölü yoldaşlarının arxasında gizlətdilər.

Və qəfil, Şuşa istiqamətindən snayperinin gözü ilə kapitan Hüseynovu nəzarətdə saxlayıb fürsət gözləyən düşmən əsgəri silahının tətiyini çəkdi. Kapitan Hüseynov arxası üstə öz əlləri ilə qazdığı səngərin divarına çırpılıb içinə çökdü. Güllə tabor komandirinin alnından dəymiş, böyük bir dəlik yaradaraq başının arxasından çıxmışdı. Başı arxaya qanrılmış, gözləri səmaya dikilmişdi.

Komandirlərinin vurulduğunu görən əsgər Cahid Yaqubov və Qorxmaz Hüseynov sürünərək özlərini səngərə atdılar.

– Uşaqların… halı… neçə olacaq, İlahi! – güclə eşidilə biləcək səslə kapitan Hüseynov pıçıldadı: – Bu uşaqların… buradan… salamat çıxmalaraına… yardım et, ya Rəbbim!.. Mən… mən… – Gözləri qapandı, başı sivişib çiyninə düşdü.

– Komandir, komandir!.. – hər iki əsgər hıçqıraraq artıq şəhadətə qovuşmuş komandirlərinin sinəsinə qısıldılar. Sanki son ümidlərinə sığınmışdılar.

Əsgər Əlislam Cabbarov və əsgər Eşqin Əliyev də sürünərək özlərini səngərə atdılar. Komandirlərinin cansız bədəninin qarşısında diz çöküb başlarını döyüş yoldaşları Cahid Yaqubovun çiyninə dayadılar. Döyüş yoldaşlarının “Xudu” deyə çağırdıqları əsgər Anar Xuduzadə və əsgər Cavidan Fətəliyev də özlərini yetirdilər…

Sanki hər şey bitmişdi; sanki komandirlərinin şəhadəti ilə onların da ömürləri sona yetmişdi; sanki düşmənə nifrətləri də son həddə çatmışdı…

Qalxıb eyni anda səngərin üstünə atıldılar. Bağıraraq ayaq üstdəcə avtomat atəşinə tutmaqla düşmənin üzərinə yeridilər. Əsgər Cavidan Fətəliyev:

– Gəlin, şərəfsizlər, gəlin, alçaqlar, gəlin, sizin ananızı! – deyə qeyri-iradi söyüşlər yağdırmaqla irəliləməkdə davam etdi.

Taqım komandiri baş leytenant Kamran Həmidov:

– Hara gedirsiz, dəlilər, tez geri qayıdın, teeeez! – bağıraraq əmr verdi.

Amma heç kim baş leytenantın səsini eşitmədi. Əsgərlərinin irəlidə, özünün isə arxada olduğunu zabit şərəfinə sığdırmayan baş leytenant Həmidov sıçrayıb səngərin üstünə çıxdı. Var səsilə:

– Alın şərəfsizlər, alçaqlar, namərdlər!.. – deyə bağıraraq atəş aça-aça düşmən üzərinə yeridi: – Bu, Ülvi Hüseynov üçün, bu, Əli Məmmədov üçün, bu, Səid Rəşidzadə üçün, bu, Həmid Cəfərli üçün, bu, Bilal Qəmbərov üçün… – deyə bir-bir şəhidlərin adlarını sayaraq irəli yüyürdü: – Haydı, uşaqlar, şəhadət zamanı, qisas vaxtıdır!

Baş leytenant Kamran Həmidovun nidası güllələri bitmək üzrə olan silahlarına sarılaraq mövqe tutmuş əsgərlər arasında əks-səda doğurdu. Bir ağızdan “Allahu əkbər!” deyərək ayağa sıçrayıb inamla düşmən üzərinə şığıdılar. Əks-həmlə qüvvələrinin qəfil və inamla düşmən üzərinə şığıması düşməndə bir-neçə gün mühasirədə saxladıqları tabora yardım gəldiyi təəssüratı yaratdı. Düşmənin irəli can atan piyada qüvvələri cəld yerə sərilib müdafiə olunmağa çalışdı. Açıq hədəf düşmən texnikasının sərbəst atəş açması üçün şərait yaratdı. Tank mərmisi artıq əsgərlərindən bir addım irəlidə olan baş leytenant Kamran Həmidovun qarşısında partladı. Və baş leytenant Həmidovla bərabər komandirinin arxasınca irəliləyən əsgər Qorxmaz Hüseynovu bir neçə metr arxaya tulladı. Dartınıb üzərini örtmüş torpağın altından çıxan əsgər Hüseynov komandiri baş leytenant Kamran Həmidovun özündən arxada başından və qollarından başqa bütün vücudunun torpağın altında qaldığını gördü. Yüyürüb, torpağın altından çıxarmaq üçün əlləri ilə komandirinin ətrafını qazmağa başladı. İkinci tank mərmisi əsgər Cahid Yaqubovu və onunla çiyin-çiyinə düşmən üzərinə yeriyən əsgər Əlislam Cabbarovu havaya qaldırıb bir neçə metr kənara atdı…

Düşmən pulemyotu dilə gəldi. Son güllələrini qənaətlə atan, bəziləri isə sadəcə gülləsi bitmiş avtomatlarını düşmənə doğru tutaraq irəliləyən əks-həmlə taborunun qarşıda irəliləyən əsgərləri yerə sərildi. Sanki elektrik cərəyanına qoşulmuş düşmən pulemyotçusu titrədikcə güllələrini əks-həmlə taborunun üzərinə dolu kimi yağdırdı. Özlərini artıq bir neçə gündən bəri məhv etdikləri düşmən əsgərlərinin qalaqlanmış cəsədlərinə çatdıran əks-həmlə taborunun əsgərləri yerə sipər olub cəsədlərin arxasında mövqeləndilər. Hədəfi daha dəqiq vurmaq üçün arxaya çəkilib, 1214 saylı yüksəkliyi atəşə tutan düşmən tankları hərəkətə keçdi, üzərlərindəki pulemyotlarla sürəkli atəş açmaqla sürətlə düşmən cəsədlərinin arxasında mövqe tutub son hücum əməliyyatını həyata keçirən taborun üzərinə şütüdü. Və qəfil qarşıda irəliləyən düşmən tankinın qülləsi alovlandı. Qırx beş, əlli dərəcə istiqamətini dəyişib bir qədər də irəlilədikdən sonra dayandı. Ekipaj cəld alovlanmaqda olan texnikanın kabinəsindən sıçrayıb arxasında gizləndi. Bir neçə gün dayanmadan irəliləməklə mühasirəyə düşmüş tabora yardıma tələsən briqadanın qərargah rəisi polkovnik-leytenant Fariz Rüstəmov doxsan nəfərdən ibarət qüvvə ilə yüksəklikdə göründü. Briqada komandirinin ideoloji iş və mənəvi-siyasi məsələlər üzrə müavini mayor Valeh Mustafayev dizi üstə çöküb düşmən pulemyotçusunu nişan aldı. Birinci pulemyotçu susdu. İkinci və üçüncü atəş noqtələri od püskürdü. Düşmən tankları yenidən yüksəkliyi nişan aldı. Aldığı güllə yarasından irəli diyirlənən baş leytenant rütbəli əks-həmlə zabiti geri, – yüksəkliyə doğru sürünməyə cəhd göstərdi. Mayor rütbəli motoatıcı qüvvələrin zabiti atəş altından çıxarmaq məqsədilə baş leytenanta doğru süründü. Əlini döyüş yoldaşının kəmərindən keçirib yuxarı, – yüksəkliyə doğru dartmaq istədi. Sürəkli avtomat güllələrinin yağışı vıyıltı ilə ətrafında torpağa sancılıb ilan kimi dalğavari şəkildə təpəyə süründü. Mayorun əli döyüş yoldaşının kəmərindəcə vücudu boşalıb sifəti torpağa düşdü. Güllənin gicgahından açdığı yaradan sızan qap-qara qan alnından süzülüb torpağa damcıladı. Kürəyindən ardıcıl güllə yaraları alan baş leytenant yerindəcə qıvrılıb arxası üstə çevrildi…

Tank mərmisinin havaya qaldırıb bir neçə metr kənara atdığı əsgər Cahid Yaqubov torpaqla dolmuş gözlərini yumruqlarının arxası ilə ovuşdurub araladı. Ətrafında baş verən hadisələri görsə də, aldığı zərbənin təsirindən qulaqları tutulduğu üçün eşidə bilmədi. Dartınıb yerindən qalxmaq istədi. Bacarmadı, kürəklərindən və başının arxasından baş qaldıran kəskin ağrı bütün damarlarına işlədi. Başını qaldırmadan sol tərəfinə çevirdi. Onunla bərabər tank mərmisinin hədəfinə tuş gələn əsgər Əlislam Cabbarovun yanındaca huşsuz halda uzandığını gördü. Əlini sürüşdürüb döyüş yoldaşının qolunu qamarladı. Ehmalca silkələyib onu ayıltmağa çalışdı. Əsgər Cabbarov gözlərini açsa da, heç nə görə bilmədi. Gözləri torpaqla dolmuşdu. Qeyri-ixtiyarı dartınıb yerindən qalxmaq istədi, əsgər Yaqubov tez sinəsindən basıb qalxmasına icazə vermədi. Hər iki tərəfdən sinələrinin üzərindən vıyıltı ilə uçub keçən güllələr başlarını qaldırmağa imkan vermirdi. Bir daha huşlarını itirməsinlər və köməkli şəkildə atəş altından çıxsınlar deyə ələ-ələ verib arxaları üstə geri – yüksəkliyə doğru ehtiyatla dartınmağa başladılar…

Polkovnik-leytenant Fariz Rüstəmov yanındaca mövqelənib düşmən tankını nişan alan əsgərin əlindən dartıb qumbaraatanı götürdü. Çiyninə qoyub ayaqüstdəcə düşmən tankını nişan aldı. İkinci düşmən tankının tırtılları qırılıb yerindəcə geri fırlandı. Düşmənın sipər olduğu bütün mövqelər kapitan Hüseynovun bir neçə gün ərzində gecə-gündüz, ac-susuz, tükənmək üzrə olan sursatla mübarizə apardığı 1214 saylı yüksəklikdən sürəkli atəşə tutuldu.

– Şükür, özlərini yetirdilər, şükür! – deyə hər iki tərəfdən atəş altında qalan, bir neçə günlük mühasirədən sonra taqətləri tükənmək üzrə olan şəhid kapitan Hüseynovun əsgərləri arxaları üstə torpağa uzanıb dərindən nəfəs aldılar…

Briqadanın qərargah rəisi polkovnik-leytenant Fariz Rüstəmov və komandirin ideoloji iş və mənəvi-siyasi məsələlər üzrə müavini mayor Valeh Mustafayev irəlidə olmaqla, tabor ayaq üstdəcə düşmənin üzərinə yeridi. Zirehli texnikaları sıradan çıxan və altı günlük güclü müqavimət qarşısında zəifləyən düşmən gözləmədikləri halda əks-həmlə taboruna gələn köməyin qəfil hücumu ilə üzləşib geri çəkilmək məcburiyyətində qaldı. Amma Şuşakənd tərəfdən, 1214 saylı yüksəklikdən irəliləyən Azərbaycan motoatıcı qüvvələrinin qarşısından qaçaraq Şuşa şəhərinə çəkilmək istəyən düşmənin Azərbaycan xüsusi təyinatlılarının Şuşa şəhərinin mərkəzində olmasından hələ xəbəri yox idi…

Ardı var

Previous articleDünya aclıqla üz-üzə: taxıl ixracı kəsildi
Next articleRusiya Çindən yardım istədi – ABŞ həyəcanlandı

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here