Home QHT QHT icra etdiyi pilot layihənin nəticələrini ictimaiyyətə təqdim etdi

QHT icra etdiyi pilot layihənin nəticələrini ictimaiyyətə təqdim etdi

244
0

“Regional inkişaf üzrə maarifləndirmə”ictimai birliyi icra etdiyi pilot layihənin nəticələrini ictimaiyyətə (maraqlı tərəflərə) təqdim etmişdir.

Avropa İttifaqının maliyyə dəstəyi, UNICEF və “Regional inkişaf üzrə maarifləndirmə” ictimai birliyinin birgə tərəfdaşlığı ilə ilə həyata keçirilən “Gəncə şəhərində universal və mütərəqqi evə ziyarət modelinin tıtbiqi üzrə pilot layihənin nəticələrini ictmaiyyət və maraqlı tərəflər üçün təqdimat mərasimini keçirmişdir.


Bu barədə Sosiakxəbər.az-a layihə rəhbəri Rövşən Novruzov məlumat verib. Onun sözlərinə görə, təqdimatda Məşğulluq Mərkəzinin, DSMF-nin, Sosial Xidmətlər Agentliyinin, Gəncə birləşmiş xəstəxananın,Nizami bələdiyyəsinin, QHT nümayəndələri və tibb işçiləri iştirak etmişdir.


Qeyd olunmuşdur ki, layihə çərçivəsində layihənin fəaliyyətinə cəlb olunmuş tibb işçiləri tərəfindən 6339 (bunlardan 337 nəfər hamilə qadın və 6059 nəfər 0-3 yaşlı uşaqlar) ev ziyarəti təşkil olunmuşdur.


Ev ziyarətləri zamanı uşaqlara göstərilən qulluqdan əlavə olaraq, ailələrin sosial və iqtisadi durumları ilə bağlı maarifləndirmə işləri aparılmışdır.
Eyni zamanda erkən uşaqlıq dövrü inkişafı və patonaj xidmətlərinin əhəmiyyəti barədə də maarifləndirmə işləri aparılmışdır və valideynlərin iştirakı ilə icma görüşləri keçirilmşdir.


Təqdimatda iştirak edən maraqlı tərəflərlə gələcəkdə əməkdaşlığı davam etdirmək qərara alınmışdır. Bu əməkdaşlığın gələcəkdə 0-3 yaşlı uşağı olan ailələrin sosial-iqtisadi durumlarının yaxşılaşmasında müsbət təsiri olacaqdır.


Layihənin icraçıları ilə maraqlı tərəflər arasnda geniş dialoq aparılmışdır.

Previous articleZığ qəsəbəsində “Sağlam yaşa 100 yaşa” gənclər üçün təlim keçirildi
Next articleDünya aclıqla üz-üzə: taxıl ixracı kəsildi

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here