Home Cəmiyyət Parkı kim satıb? Başçı 3 ildir məsələni “dondurub” – Foto

Parkı kim satıb? Başçı 3 ildir məsələni “dondurub” – Foto

281
0

Paytaxtın Xətai rayonu Məhəmməd Hadi küçəsinin Ukrayna dairəsinə yaxın hissəsi atıq 4 ildir hasara alınıb.

Sosialxəbər.az xəbər verir ki, kiçik parkın Ukrayna dairəsindən giriş hissəsi kimlərəsə qanunsuz olaraq satılıb və həmin ərazi hasarlanıb. Təyinatı bəlli olmayan tikinti də başlayıb, nəticədə ağaclar məhv olub, piyadaların da yolu bağlanıb. Amma 4 ilə yaxındır ki, nə bu tikili başa çatdırılır, nə də qanunsuz tikintini sökən var.

Ərazidə aparılan tikintinin təyinatı, parkın bir hissəsini və piyada yolunun zəbtinin səbəbi və nəhayət, 4 ildir bu problemin niyə həll olunmaması barədə Xətai Rayon İcra Hakimiyyətinə bir neçə dəfə müraciət etsək də, suallarımıza cavab ala bilmədik.

Xatırladaq ki, məsələ 3 il əvvəl də saytımız tərəfindən işıqlandırılıb. Xətai Rayon İH həmin vaxt göndərdiyimiz sorğunu da cavabsız qoymuşdu.

Previous articleBelarus xüsusi təyinatlıları Ukraynada döyüşməkdən imtina etdi
Next articleBakıya sulu qar yağacaq

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here