Home QHT Milli Qəhrəmanın övladına psixoloji yardım göstərilib

Milli Qəhrəmanın övladına psixoloji yardım göstərilib

295
0

“Beynəlxalq Əlillər Cəmiyyəti” İB (BƏC İB) Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Həssas sosial qruplara aid vətəndaşlar üçün tibbi, hüquqi və psixoloji xidmətlərin təşkili” adlı layihə həyata keçirir.

Layihə zamanı həssas sosial qruplara aid imtiyazlı vətəndaşların tibbi-sosial, hüquqi, psixoloji problemləri öyrənilərək həlli istiqamətində işlər görülür, onlarla maarifləndirmə işləri aparılır, eyni zamanda onlara psixoloji xidmət göstərilir. Bu barədə Sosialmedia.az-a “Beynəlxalq Əlillər Cəmiyyəti”-nin mətbuat xidmətindən bildirilib.

Qeyd olunur ki, İctimai Birliyin psixoloqu İbrahim Əsədli ictimai birliyə müraciət edən Milli Qəhrəman Asif Məhərrəmovun oğlu Azər Məhərrəmovla psixoloji seans keçirmişdir. Qol güləşi üzrə 5 dəfə Avropa və dünya çempionu olan Azər Məhərrəmov müxtəlif vaxtlarda Dünya çempionatlarında iştirak edərək 65 Fəxri fərmanla, 35 Kubokla təltif olunmuşdur.

Ukraynada keçirilən yarışda erməni əsilli idmançını məğlub etmişdir. Fred Asifin yeganə övladı olan Azər bildirib ki, onun hələ də mənzili yoxdur. Bundan başqa Azər Azərbaycan Qol Güləşi Federasiyasının rəhbərliyi tərəfindən ona və bir neçə idmançılara laqeyd münasibət bəslənildiyini, psixoloji təzyiqlərə məruz qaldıqlarını bildirmişdir. Həm 30 ildir evsiz-eşiksiz məcburi köçkün həyatı yaşamağı, həm də bu laqeyd münasibətlə bağlı İbrahim Əsədli tərəfindən Azərə psixoloji yardım göstərilmişdir. Onun mənzil məsələsi ilə bağlı isə aidiyyəti təşkilatlara BƏC İB tərəfindən məktubla müraciət edilmişdir.

Previous articleBinəqədi gənclərinə “Külə dönmüş arzular”tamaşası nümayiş olunacaq
Next articleBu fəlakətlərdən sonra Moskvanın göz yaşlarına heç kim inanmayacaq

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here