Home Hadisə Bakıda ər arvadını öldürdü

Bakıda ər arvadını öldürdü

1028
0

Martın 13-də Xəzər rayonu Binə qəsəbəsi ərazisində 1995-ci il təvəllüdlü Ülviyyə Həsənovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Sosialxəbər.az xəbər verir ki, bu barədə Xəzər Rayon Prokurorluğundan məlumat verilib.

Aparılan ilkin araşdırmalarla zərərçəkmişin əri, 1987-ci il təvəllüdlü Saməddin Həsənovun qısqanclıq zəminində aralarında yaranan münaqişə zamanı Ülviyyə Həsənovaya çoxsaylı bıçaq xəsarətləri yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Xəzər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Samməddin Həsənov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir”.

Previous articleNeft yenidən ucuzlaşdı
Next articleBelarus xüsusi təyinatlıları Ukraynada döyüşməkdən imtina etdi

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here