Home QHT QHT vərəməleyhinə mübarizə tədbirlərini davam etdirir

QHT vərəməleyhinə mübarizə tədbirlərini davam etdirir

123
0

Sosialxəbər.az xəbər verir ki, Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəsətəyi ilə Vərəmsiz Gələcəyə Doğru İctimai Birliyi “İnfeksion xəstəliklərin yoluxma yolları və profilaktikası mövzusunda əhalinin maarifləndirilməsi (COVID-19 və digər kəskin respirator infeksiyalar, vərəm, hepatit, İİV/QİÇS və cinsi yolla keçən infeksiyalar)” layihəsinin icrasını davam etdirir.

İcra planına əsasən maarifləndirmə sessiyaları 4 saylı, 7 saylı vərəməleyhinə dispanserlərdə, 9 saylı xüsusiləşdirilmiş vərəm xəstəxanasında və Sumqayıt vərəm xəsətəxanasında baş tutmuşdur.

Maarifləndirmə işi zamanı birdəqiqəlik yoluxmadan qorunma və xəsətəliklərin profilaktikası mövzusunda ərsəyə gətirilmiş animasiya filmi nümayiş etdirilmiş, eyni mövzuda maarifləndirici vəsaitlər pasientlərə plakatlar isə xəstəxana və dispanserlərin baş həkimlərinə paylanmışdır. Maarifləndirici söhbətlər zamanı pasientlər eyni zamanda da həkimlər ilə görüşlər zamanı qeyd olunmuş fikirlər, iş prosesi zamanı təklif edilən məqamlar layihənin sonunda müvafiq hesabata daxil ediləcəkdir.

Previous article“İnkişafa Doğru Qadın Təşəbbüsü” İctimai Birliyi “Sağlam gənclik, sağlam gələcək deməkdir!” adlı silsilə tədbirlərə start verdi
Next articleZığ qəsəbəsində “Sağlam yaşa 100 yaşa” gənclər üçün təlim keçirildi

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here