Home Dünya Ukraynada ötən gün təxliyə olunanların sayı…

Ukraynada ötən gün təxliyə olunanların sayı…

248
0

Ukraynada açılan humanitar dəhlizlər vasitəsilə ötən gün 7144 nəfər təxliyə olunub.

Sosialxəbər.az Report-a istinadən xəbər verir ki, bunu ölkə Prezidenti Vladimir Zelenski xalqa videomüraciətində bildirib.

“Bu gün Rusiya ordusu humanitar dəhlizlərin çoxunun fəaliyyətini pozub. Buna baxmayaraq, Enerqodardan, Buçadan, Qostomeldən, Kozaroviçidən 7144 nəfəri xilas etmək mümkün olub. Deməli, sabah da, o biri gün də mühasirədə qalan ukraynalıları xilas etmək üçün əlimizdə artıq 7144 səbəb var. Bundan sonra da Ukrayna şəhərlərinə humanitar yükləri çatdırmaq üçün əlimizdən gələni edəcəyik. Ürək ağrısı ilə bildirməliyəm ki, Mariupol hələ də düşmənin mühasirəsindədir. Rusiya ordusu şəhərə bizim yardımlarımızı buraxmayıb, bizim insanlarımıza, mariupollara əziyyət verirlər”.

Ukrayna lideri sabah da adıçəkilən şəhərə Mariupola ərzaq və dava-dərman çatdırmağa çalışacaqlarını diqqətə çatdırıb.

Previous article5 il öncə evlərində döyülən ər-arvad, bu gün elə evlərində də yanıb öldülər
Next articleİnstaqramın rəhbəri şəbəkənin Rusiyada bloklanacağını təsdiqlədi

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here