Home Cəmiyyət Qərb bölgəsinə güclü qar yağıb, avtomobil yollarında çətinlik yaranıb

Qərb bölgəsinə güclü qar yağıb, avtomobil yollarında çətinlik yaranıb

117
0

Qərb bölgəsində gecə saatlarından yağan qar dağlıq rayonlarında avtomobilərin hərəkətinə çətinliklər yaradıb.

Sosialxəbər.az “Report”un məlumatına görə, ötən gecədən başlayaraq Daşkəsən, Gədəbəy və Tovuza güclü qar yağıb.

Dağlıq ərazilərdə yerləşən ucqar kəndlərdə qarın hündürlüyü 20 santimetrdən çox olub. Nəticədə yollarda nəqliyyat vasitələrin hərəkətində çətinliklər yaranıb.

Sərnişin daşıyan mikroavtobus sürücüləri hava şəraitini nəzərə alaraq bəzi yerlərdə daha aşağı sürətlə hərəkət edirlər.

Hazırda aidiyyatı qurumlar yollarda qum səpmə və qardan təmizləmə işləri aparır, fəsadların aradan qaldırılması istiqamətində tədbirlər görürlər.

Qeyd edək ki, Daşkəsən, Gədəbəy və Tovuz rayonlarında qar bir neçə gün öncədən yağmağa başlasada gecə saatlarından daha da güclənib.

Previous articleİnstaqramın rəhbəri şəbəkənin Rusiyada bloklanacağını təsdiqlədi
Next articleAzərbaycan-İran sənədi: Ermənistan üzərində yeni təzyiq – TƏHLİL

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here