Home QHT Bərdə rayonunda Pensiya təminatı istehlak bazarı mövzusunda tədbir keçirildi

Bərdə rayonunda Pensiya təminatı istehlak bazarı mövzusunda tədbir keçirildi

69
0

Sosialxəbər.az xəbər verir ki, Regional Sosial-İqtisadi İnkişaf üzrə Maarifləndirmə İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə Bərdə rayonunda icra etdiyi “Pensiya təminatı mexanizminin yeni çağırışlara uyğunlaşdırılması, istehlak bazarı və pensiya təminatı arasında adekvatlığın gücləndirilməsi” mövzusunda müzakirə-dinləmə keçirilmişdir.

Tədbirdə Bərdə rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Asif Abbasov, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin İstehlak bazarına nəzarət şöbəsinin Regional bölmələrlə iş sektorunun müdiri Samir Əliyev, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin 11 saylı regional bölməsinin müdiri Əfqan Əliyev, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Qarabağ Regional filialının nümayəndəsi Əziz Əzizov və pensiya yaşına çatmış və çatmamış şəxslər iştirak etmişdi.

Tədbiri ilk öncə Bərdə rayon İcra Hakimiyyətinin nümayəndəsi Asif Abbasov açaraq, Layihə rəhbərini və tədbir iştirakçılarını salamladı. Sonra ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad olundu.

Sonra Layihənin rəhbəri Elnarə Məhərrəmova layihənin donoru və layihə haqqında məlumat verdi. O, həmçinin qeyd etdi ki, tədbirin paytaxt və regionlarda təşkil edilməsində məqsəd, movcud vəziyyətin icma iqtisadiyyatlarının, o cümlədən əmək bazarının, əmək haqqı səviyyəsinin fərqli inkişaf səviyyəsində olduğu bölgələrdə pensiya sisteminin təsirlərinin daha dəqiq qiymətləndirilməsidir.

Layihənin eksperti Rəşad Həsənov çıxış edərək layihə haqqında geniş və ətraflı məlumat verərək qeyd etdi ki, ölkədə yoxsulluqla mübarizədə, əhalinin sosial təminatının formalaşdırırlması istiqamətində müxtəlif mexanizmlər var və pensiya da bu mexanizmlərdən ən əhəmiyyətlisidir. O, həmçinin qeyd etdi ki, tədbirdə iştirak edən pensiya yaşına çatmamış şəxslər e-gov.az elektron hökumət portalına daxil olaraq, ödəniləcək pensiya məbləğini hesablaya bilərlər.

Tədbirə dəvət olunmuş Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin İstehlak bazarına nəzarət şöbəsinin Regional bölmələrlə iş sektorunun müdiri Samir Əliyev qeyd etdi ki, bu gün mövzumuzun adına uyğun olaraq, təqaüdçülər də istehlakçıların bir hisssəsi olduğuna görə təbii ki, bütün bunların hamısı istehlak bazarından təqaüdçünün aldığı məvaciblə ekvivolentliyi təşkil etməlidir.

Necə ki, həmkarımın qeyd etdiyi kimi əmək pensiyalarının indeksləşdirilməsi də məhs bazarla bir başa təqaüdün verilməsinin məntiqi bağlılğın olmasına dəlalət edir.

Bərdə rayon DSMF-nun Qarabağ Regional filialının nümayəndəsi Əziz Əzizov da mözvu ilə bağlı öz fikirlərini bildirdi və iştirakçıları maraqlandıran sualları cavablandırdı.

Sonda Layihənin rəhbəri Elnarə Məhərrəmova layihəyə maliyyə dəstəyi göstərən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə və tədbir iştirakşılarına öz təşəkkürünü bildirdi.

Previous articleSiyəzəndə sosial xidmətlərin əlçatanlığının müharibə əlillərinə münasibətdə qiymətləndirilməsi mövzusunda tədbir keçirildi
Next article“İnkişafa Doğru Qadın Təşəbbüsü” İctimai Birliyi “Sağlam gənclik, sağlam gələcək deməkdir!” adlı silsilə tədbirlərə start verdi

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here