Home Hadisə 5 il öncə evlərində döyülən ər-arvad, bu gün elə evlərində də yanıb...

5 il öncə evlərində döyülən ər-arvad, bu gün elə evlərində də yanıb öldülər

653
0

Fövqəladə Hallar Nazirliyi (FHN) Salyan rayonunun Aşağı Kürkəndi kəndində baş verən yanğın barədə məlumat yayıb.

Sosialxəbər.az xəbər verir ki, Salyan rayonunun Aşağı Kürkəndi kəndində ümumi sahəsi 228 m² olan bir dam altında tikilən, 2 ailənin yaşadığı birmərtəbəli evlərdən, sahəsi 114 m² olan evin yanar konstruksiyaları və ona bitişik sahəsi 114 m² olan evin yanar konstruksiyaları 78 m² sahədə (ümumi 192 m²) yanıb.

Yanğın yerinin kəşfiyyatı zamanı 1953-cü il təvəllüdlü Əliyev Əliyar Alı oğlunun və 1954-cü il təvəllüdlü Əliyeva Elmira Mirzə qızının yanmış meyitləri yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Report-un yazdığına görə, Əliyar Əliyev Salyan rayon Suvarma Sistemləri idarəsində baş mühasib işləyib.

Məlumata görə, 5-6 il bundan öncə ölən ər və arvadın evinə basqın olmuşdu. Naməlum şəxs və şəxslər tərəfindən döyülən ər və arvad xəstəxanaya yerləşdirilmişdi.

Previous articleBakının İran yolu: Zəngəzur dəhlizindən imtina edilir?
Next articleUkraynada ötən gün təxliyə olunanların sayı…

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here