Home Dünya Türkiyə: Yekun qərarı Putin verəcək!

Türkiyə: Yekun qərarı Putin verəcək!

203
0

Ukraynada müharibənin sona çatması ilə bağlı yekun qərarı Rusiya Prezidenti Vladimir Putin verəcək.

Sosialxəbər.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının sözçüsü İbrahim Kalın CNN-ə müsahibəsində deyib.

“Bu mövzuda səylərimizi əsirgəməyəcəyik. Prezident Rəcəb Tayyib Ərdoğan müharibənin başlamasından bəri Rusiya və Ukraynadan olan həmkarları ilə daim əlaqədədir. Ukrayna tərəfi Rusiya ilə strateji səviyyəli görüşlər keçirmək niyyətindədir. Bunun nə zaman baş verəcəyini bilmirəm. Rusiya xarici işlər naziri Sergey Lavrov Putinin Zelenski ilə görüşdən çəkinməyəcəyini söyləyib. Bunu müsbət siqnal olaraq qəbul edirəm. Yəni toplantının yaxın gələcəkdə baş tutacağına dair zəmin yaranır. Gec və ya tez. Lakin biz asanlaşdırıcı rol oynamağa davam edəcəyik. Müharibənin sona çatması üçün yekun qərarı Putin verəcək”, – Türkiyə rəsmisi bildirib.

Previous articleQHT imtiyazlı şəxslərə psixoloji yardım göstərir
Next articleRus ordusunun 60%-i raport yazıb… – Arestoviç

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here