Home DİN Sumqayıt sakinlərini şantaj edənlər tutuldu

Sumqayıt sakinlərini şantaj edənlər tutuldu

217
0

Sumqayıt sakinlərini şantaj edən şəxslər tutulub.

Sosialxəbər.az bildirir ki, Bu barədə Axar.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Sumqayıt Şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsinə martın 5-də 6-cı mikrorayon ərazisində 2 nəfərin şəhər sakini R.Əhmədovu yazışmalarını yayacağı ilə hədələyərək 150 manatını almaları, martın 9-da isə qızıl əşyalar tələb etmələri barədə müraciət daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hədə-qorxu ilə tələb etmədə şübhəli bilinən Sumqayıt sakinləri – K.Kərimov, F.Rzayev və Z.Dadaşov müəyyən edilərək saxlanılıblar.

Sumqayıt Şəhər Polis İdarəsində araşdırma aparılır.

Previous articleŞəhdilərimizi tanıyaq və tanıtdıraq
Next articleBu günə qədər neçə nəfər əfv edilib?

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here