Home Qarabağ Şəhdilərimizi tanıyaq və tanıtdıraq

Şəhdilərimizi tanıyaq və tanıtdıraq

237
0

Şəhid İbrahimov Elmar Nəriman oğlu sentyabrın 2-si 1998-ci ildə Mingəçevir şəhərində anadan olmuşdur. Atası İbrahimov Nəriman 1958-ci ildə Qərbi Azərbaycanda anadan olmuş və 1988 – ci ildə ermənilər tərəfindən öz doğma yurdundan didərgin salınmışdır. Anası İbrahimova Ümmü 1959 – cu ildə Ağdam şəhərində anadan olmuş ve 1993- cü ildə ermenilər tərəfindən öz doğma yurdundan didərgin salınmışdır.
Elmar evin tək Yeganə övladı idi. Elmar 2 saylı Baxçanı bitirmiş və Mingəçevir şəhəri 2 Nömrəli mektəbdə 2004-cü ildə 1 – ci sinifə daxil olmuşdur. 9 – cu Sinfində çıxmışdır sonra Peşə Məktəbinə daxil olmuşdur. Elmar 17 yaşında atasını tirmiş və anası çətinliklə Elmarı böyütmüşdür. Elmar 16 sentyabr 2015 – ci ildə Elektrik Qaz Qaynaqçısı ixtisası üzrə 2 il tam kursunu bitirmişdir. Bərbərlik sənətini öyrənmişdir. Elmar Esgərliyə getmiş və Sumqayıt və 6 aydan sonra Qusar istiqamətlərində iştirak etmişdir. Əsgərlikdən Gələndən sonra 9 ay Türkiyədə işələmişdir. Anasının çağrışı ilə Mingəçevirə gəlmişdir. Sonra Bərbər işləməyə başlamışdır. Elmar çox saf, ürəyi, qəlbi təmiz, mehriban, gülərüz qəhraman idi. Dostlarının dediyinə görə Elmarın yanına gələn oğlanların başını pulsuz qırxırdı. Hamı Elmara deyirdi ki, niyə pulsuz qırxırsan, deyirdi ki, mən bilirəmki onun pulu yoxdu kasıbdı ona görə pulsuz təmənnasız qırxıram. Elmar Kasıblara əı tuturdu. Uşaq ikən Maqazindən uşaqlara dərs ləvəzimatları alırdı nisyə aparıb kasıb uşaqlara verirdi çünki Elmar özüdə kasıblıqla böyümüşü. Elmar çox Zarafatcıl idi. Hərkəsin üzünə təbbəsüm yayırdı. Dostlarının birinin kefi olmayanda zarafat eləyib kefini açırdı. Özünü hamının yanına xoşbəxt aparan Elmar, tək qaldıqda atasının yoxluğunu çəkirdi. Atasının yoxluğu Elmara çox təsir edirdi. Elmar Vətənə çox bağlı idi. Uşaq ikən Elmar hamıya deyirdiki mən böyüyüb torpaqlarımızı alacam və dediyi kimi oldu.


Elmar səfərbəylik elan olan kimi könüllü olaraq cəbhəyə yollanır anasının xəbəri olmamış. Cəbhəyə gedərkən anası zəng eləmiş son sözləri bu olmuşdur. Ana Mən dekabra kimi qayıtmayacağam.
Elmar Suqovşan uğrunda döyüşlərdə yaralanmasına baxmayaraq axıra kimi döyüşür. Elmar Tək Suqovuşan istiqamətində yox Bəzi döyüş istiqamətlərində qəhrəmancasına döyüşmüşlər. Hətta onu vuran erməni əsgərini qətlə yetirir və özü Yevlag şəhər xəstəxanasında şəhid olur. Şəhid olmamışdan öncə öz səsi ilə Şəhidlik zirvəsinə ucaldığını dilə gətirmişdir. dostu Pərvizə atmışdır. Elmarın Şəhid olmamışdan öncə bir çox səs yazılarınnortaya çıxmışdır : “Bu gün səhər radələrində atışma zamanı şəhid olan İbrahimov Elmar. Mingəçevir şəhəri. İkinci Mübariz İbrahimov gəlir, gözləyin!.. Vətənə canım qurban!”

Elmar Mübariz İbrahimovla eyni soyadı daşıyırdı. Eyni ağrı ilə böyümüş Azərbaycan gənclərinin, əsgərlərinin taleyi də çox zaman eyni cür olurmuş.  Qisasın alınma zamanını boşa  vermək istəməmişdi. Elmar, Mübariz İbrahimovun, Polad Həşimovun yarımçıq qalmış mübarizəsinə qoşularaq bu mübarizəni qəhrəman döyüşçülərlə birlikdə sonlandırmaq, Zəfər tarixi yazmaq istəmişdi. Hər iki şəhid qəhrəman onun idealı idi…

Qısa bir zamanda cəsarəti, məsuliyyəti və nümunəvi davranışları ilə hər kəsin hörmətini qazanmış, Fəxri Fərmanla təltif edilmişdi.   651 saylı hərbi hissənin komandiri Əflatun Nuraliyev onun haqqında yazmışdır: “İbrahimov Elmar Nəriman oğlu hərbi xidmət dövründə döyüş və ictimai-siyasi hazırlıqda əldə etdiyi nailiyyətlərə, nümunəvi hərbi intizamına,  yüksək mənəvi, işgüzar keyfiyyətlərinə və vəzifə borclarının layiqincə yerinə yetirilməsində fərqləndiyinə görə təltif olunur”
Elmarın tək səs yazısı yox, həmçinin 1 il öncə kağıza yazdıgı əl yazısıda ortaya çıxmışdır. 1 il öncə yazıb evə qoyduğu Məktubu anasə tapməşdər. Məktubda yazılmışdırki İbrahimov Elmar Şəhid oldu, Mingəçevir şəhəri. Sözün altındada yazmışdırki, ana məni bagışla həyatı qaratdım. Şəhid olacağını qabaqcadan bilən Elmar səs yazəlarını, yazdığı sözləri Tarixdə iz qoymuşdur .16.10.2020 – ci ildə Mingəçevir şəhəri Şehidlər Xiyabanında Dəfn olunur. Əsgər yoldaşlarının dediyinə görə Elmarın cibindən 2 erməni qulağı tapılmışdır.
Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə “Vətən Uğrunda” və “Suqovuşan, Füzulinin” azad olunması ilə Cəsur Döyüşçü Medalı ilə Təltif edilib..

Şəhid Ailələrinə Yardım və Hüquqlarının Müdafiəsi ictimai birliyin Qadınlar Şurasının sədri Ağamalıyeva Nəcibə

Previous articleDMX yanında İctimai Şuranın təşəbbüsü ilə turizm sahəsinin aktual aspektləri müzakirə olunub
Next articleSumqayıt sakinlərini şantaj edənlər tutuldu

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here