Home QHT DMX yanında İctimai Şuranın təşəbbüsü ilə AzTU-nun əcnəbi tələbələri ilə görüş keçirilib

DMX yanında İctimai Şuranın təşəbbüsü ilə AzTU-nun əcnəbi tələbələri ilə görüş keçirilib

383
0

Sosialxəbər.az xəbər verir ki, DMX yanında İctimai Şuranın təşəbbüsü ilə AzTU-nun əcnəbi tələbələri ilə görüş keçirilib.

Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın təşəbbüsü ilə əcnəbi tələbələrin maarifləndirilməsi istiqamətində təşkil olunan silsilə tədbirlər davam edir. Növbəti maarifləndirici tədbir Azərbaycan Texniki Universitetində (AzTU) təhsil alan əcnəbi tələbələrin iştirakı ilə keçirilib.


Tədbirdə Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın tərkibində fəaliyyət göstərən Təhsil məsələləri üzrə işçi qrupunun rəhbəri Vidadi Fətullayev, Miqrasiya proseslərini tənzimləmə baş idarəsinin Müvəqqəti olma və müvəqqəti yaşama icazələrinin verilməsi şöbəsinin baş inspektoru Ruslan Ağayev, Miqrasiya siyasəti və hüquqi təminat baş idarəsi, Hüquqi təminat idarəsinin inspektoru Tural Çələbiyev hazırda ölkədə həyata keçirilən miqrasiya siyasəti ilə bağlı əcnəbi tələbələrə ətraflı məlumat verib.

Bundan başqa, ölkəyə giriş-çıxış şərtləri, pandemiya şəraitində tətbiq edilən güzəştlər və digər məsələlər də əcnəbi tələbələrin diqqətinə çatdırılıb.
Görüşdə iştirak edən Azərbaycan Texniki Universitetinin əcnəbi tələbələrlə iş üzrə şöbəsinin müdiri Elmira İsmayılova, miqrasiya mütəxəssisi Cavanşir Həsənov, şöbənin inspektoru Nigar Hümbətova, təhsil mütəxəssisi Xanım Ağadadaşova, hüquqşünas Töhfə Abdullayeva və digər şəxslər mövzu ilə bağlı müxtəlif təkliflər səsləndirilib, əcnəbi tələbələr arasında miqrasiya sahəsində belə maarifləndirici tədbirlərin keçirilməsinin əhəmiyyətini vurğulayıblar.
Sonda təhsil müəssisəsinin məsul şəxslərinin və əcnəbi tələbələrin sualları ətraflı şəkildə cavablandırılıb.

Previous articleİsrail Azərbaycana yeni tibbi avadanlıqlar bağışlayıb
Next articleDMX yanında İctimai Şuranın təşəbbüsü ilə turizm sahəsinin aktual aspektləri müzakirə olunub

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here