Home Dünya Zelenski təkid, ABŞ isə tərəddüd edir: MiQ-lər verilsə…

Zelenski təkid, ABŞ isə tərəddüd edir: MiQ-lər verilsə…

203
0

ABŞ əmin deyil ki, Ukraynaya hərbi təyyarələrin (MiQ-29) verilməsi Rusiya aviasiyası üçün Ukrayna səmasını bağlamağa yardım edəcək.

Sosialxəbər.az xəbər verir ki, bu sözləri Pentaqon sözçüsü Con Kirbi deyib.

“Hazırda Ukrayna HHQ bir neçə tam döyüş qabiliyyətli eskadrilyaya sahibdir. Bizim hesablamalarımıza görə, əlavə təyyarələr Rusiya ilə hava məkanında mübarizəni effektiv hala gətirməyəcək. Ona görə də hesab edirik ki, MiQ-29-ların verilməsində uduş o qədər də böyük deyil”.

Kirbi həmçinin bildirib ki, MiQ-lərin verilməsi Rusiyanı qııqlandırar və Ukrayna səmasında böyük eskalasiyaya səbəb ola bilər. Bunun əvəzində Kirbi ABŞ-ın Ukraynaya HHM sistemləri verilməsini məqsədəuyğun saydığını vurğulayıb.

Zelenski isə Ukraynanın hava məkanını qorumaq üçün hər şeyi etdiklərini bildirib. O deyib ki, Qərbin bir neçə liderinə cəsarəti qaytarmaq üçün nələrsə etməliyik. “Ya hava məkanımızı Rusiya raket və bombalarına bağlamalıyıq, yaxud da bizə hərbi təyyarələr verin ki, bunu özümüz edək. Qərarsız pauza sadəcə ölümcüldür”, – deyə Zelenski bir daha təkrarlayıb.

Qeyd edək ki, Polşa hakimiyyəti bütün MiQ-29 qırıcılarını Ukraynaya dərhal və pulsuz vermək üçün Almaniyadakı ABŞ bazasına göndərməyə hazır olduğunu açıqlayıb. Polşa bu qırıcıların verilmə məsuliyyətini ABŞ-ın daşımasını istəyir və yalnız ABŞ sifarişi əsasında bunu edə biləcəyini bildirir. Həmçinin ABŞ-dan MiQ-lərin əvəzinə ikinci əl NATO qırıcıları almaq istədiyini vurğulayıb.

ABŞ isə Polşanın bu istəyinin qəbul edilməsini mümkünsüz sayır və bildirir ki, MiQ-lərin verilməsində ABŞ bazasından istifadə etmək ölkəsinin və NATO-nun maraqlarına uyğun deyil.

Previous articlePutin mühüm iclasa hazırlaşır: gündəmdə nələr var?
Next articleƏrdoğan Əliyev və Hersoqla buna nail olmaq istəyir

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here