Home Hadisə Şabranda oğul anasını döyə-döyə öldürdü

Şabranda oğul anasını döyə-döyə öldürdü

1063
0

Martın 9-u saat 19 radələrində 1953-cü il təvəllüdlü Nuriyyə Nəzirovanın Şabran rayonu ərazisində yaşadığı evdə aldığı xəsarətlərdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılmış ilkin araşdırmalarla zərərçəkmişin oğlu 1986-cı il təvəllüdlü Məhəmməd Nazırovun sərxoş vəziyyətdə olaraq şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı Nuriyyə Nəzirovaya bədəninin müxtəlif nahiyyələrinə təpik və yumruqla çoxsaylı zərbələr yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Şabran rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Məhəmməd Nazırov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Previous article“Brent”yenidən bahalaşdı
Next articleBakıdan İstanbula aviareyslər ləğv olundu

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here