Home Mədəniyyət “Nar şirəsi” pyesinin premyerası olub

“Nar şirəsi” pyesinin premyerası olub

176
0

Milli Teatr Günündə Füzuli Dövlət Dram Teatrında Səbinə Haqverdiyevanın “Nar şirəsi” pyesi əsasında bir pərdəli psixoloji dram janrında hazırlanmış eyni adlı tamaşanın premyerası olub.

Premyerada əsəri rus dilindən tərcümə edən xalq artisti Vidadi Həsənov, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında İctimai Şuranın sədri Gəray Əlibəyli, Kürdəmir Regional Mədəniyyət İdarəsinin rəisi Faiq Xudanli, Human Teatrının direktoru Şamil Heydərov, Füzuli Rayon İcra Hakimiyyətinin nümayəndəsi Qabil Əliyev, eləcə də rayon ictimaiyyəti, və məktəblilər iştirak edib.

Tamaşadan əvvəl teatr sexləri (musiqi, geyim, dekorasiya) ilə tanış olunub, tamaşa üçün hazırlanan eskiz, paltar, butaforlara baxış keçirilib. Teatrın unudulmaz sənətkarlarına, tamaşalarına həsr olunan foto-tendə baxılıb.

Tamaşanın quruluşu rejissoru Nicat Mirzəzadə, quruluşçu rəssamı Ellinaz Balaşova, musiqi tərtibatçısı Sənan Sevindikzadədir. Tamaşada rolları Sehran Xanlarov, Sevinc Məmmədova, İntizar Quliyeva, Emin Abışov, Nicat Süleymanzadə, Orxan Təvəkküllü və başqaları ifa edir.

Tamaşada həyatı sevmək, yaşamaq mübarizəsi, cəmiyyətin fiziki qüsurlu insanlara mövqeyi, onların təsiri altında belə insanların sağalması ön plana çəkilib.

Sonda Kürdəmir Regional Mədəniyyət İdarəsinin rəisi Faiq Xudanli tərəfindən Füzuli Dövlət Dram Teatrının direktoru Vaqif Vəliyev Fəxri Fərman təqdim olunub və xatirə şəkli çəkdirilib.

Previous articleHərbi hissələrdə təlim-metodiki məşğələlər keçirildi
Next articleQHT imtiyazlı şəxslərə psixoloji yardım göstərir

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here