Home Cəmiyyət Bu gün 4 rayonda qaz olmayacaq

Bu gün 4 rayonda qaz olmayacaq

214
0

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Qaz İxrac” İdarəsinə məxsus “Astara-Qazıməmməd” magistral qaz kəmərində baş vermiş qaz sızmalarının aradan qaldırılması məqsədilə bu gün saat 10:00-dan etibarən işlər başa çatanadək qeyd olunan kəmərdə qaz təchizatı dayandırılacaq.

Sosialxəbər.az bildirir ki, Azəriqaz İstehsalat Birliyindən Axar.az-a verilən məlumata görə, təmir işləri aparılan müddətdə Neftçala rayonunun bütün yaşayış məntəqələrinə, eləcə də Biləsuvar, Salyan və Cəlilabad rayonlarının bir hissəsinə “mavi yanacağ”ın verilməsində məhdudiyyət yaranacaq.

Qeyd edək ki, işlər başa çatdıqdan sonra təbii qaz təchizatı bərpa olunacaq.

Previous articleBakıda ev sahibi yanaraq öldü
Next articleBakı sakinləri 10 evi soydu – Video

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here