Home DİN Tovuzda narkokuryerlər saxlanıldı

Tovuzda narkokuryerlər saxlanıldı

232
0

Tovuz rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində əcnəbi ölkədən qeyri-qanuni yolla ölkə ərazisinə gətirilmiş narkotik vasitəni onlayn yolla sifariş kimi qəbul edərək ölkə ərazisində çatdırılmasını təmin edən narkokuryer saxlanılıb.

Sosialxəbər.az bildirir ki, Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Gəncə regional qrupundan Axar.az-a verilən məlumata görə, şöbə əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini Əsgər Həsənov tanışı Asəf Qazıyevlə birlikdə sonuncuya məxsus “Toyota” markalı avtomobillə rayonun Əlimərdanlı kəndinə gələrək orada ölkə ərazisinə qeyri-qanuni yolla keçirilərək gizlədilən narkotik vasitəni götürüb getmək istən zaman saxlanılıb. Saxlanılan şəxslərin avtomobilinə baxış keçirilən zaman müxtəlif sellofan torbalarda ümumi çəkisi 171.661 qram “heroin”, 488.214 qram “metamfetamin” və 1 kq 715 qram qurudulmuş marixuana aşkar edilərək götürülüb. Dindirilmə zamanı saxlanılan şəxslər əcnəbi vətəndaşla narkotik maddəni Bakı şəhərinə 1000 manat müqabilində aparmaq barədə razılığa gəldiklərini bildiriblər.

Saxlanılan şəxslər maddi sübutlarla birlikdə istintaqa təhvil verilib, faktla bağlı Tovuz RPŞ-də araşdırmalar davam etdirilir.

Previous articleÜç azərbaycanlı ailə Ukraynada rusiyalı hərbçilərin nəzarətində olan kənddən çıxa bilmir – VİDEO
Next articleLaçında itkin düşən əsgərlərin axtarışı davam edir

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here