Home Qarabağ Qanunsuz erməni dəstəsi mövqelərimizi atəşə tutdu

Qanunsuz erməni dəstəsi mövqelərimizi atəşə tutdu

215
0

Martın 8-i günorta saatlarından başlayaraq martın 9-u səhər saatlarınadək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstəsinin üzvləri ordumuzun Xocalı və Goranboy rayonlarında yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub.

Sosialxəbər.az bildirir ki, Müdafiə Nazirliyindən Axar.az-a verilən məlumata görə, təxribatların qarşısını almaq məqsədilə bu istiqamətlərdə yerləşən bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb.

Hazırda qeyd olunan istiqamətlərdə vəziyyət sabitdir, əməliyyat şəraiti bölmələrimizin tam nəzarəti altındadır.

Bildiririk ki, Azərbaycan Ordusu heç bir halda mülki infrastrukturu hədəfə almır, yalnız qanunsuz erməni silahlı dəstələrinin mövqelərinə dəqiq zərbələr endirir.

Previous articleLaçında itkin düşən əsgərlərin axtarışı davam edir
Next articleQarabağda daha 64 mina aşkarlandı

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here