Home Dünya Latviyalı deputat Ukraynada döyüşməyə yollandı

Latviyalı deputat Ukraynada döyüşməyə yollandı

230
0

Latviya Seyminin (parlamentinin) deputatı, qanunvericilik məclisində hüquq komissiyasına rəhbərlik edən Yuris Yuraşs Ukrayna tərəfində döyüş əməliyyatlarında iştirak etmək üçün bu ölkəyə gedib.

Sosialxəbər.az Bu barədə Baltik Respublikasının ədliyyə naziri, eləcə də Ukraynaya gedən siyasətçinin üzvü olduğu Yeni Mühafizəkarlar Partiyasının lideri Yanis Bordans məlumat verib.

“Təsdiq edə bilərəm ki, Yuraşs könüllü olaraq Ukrayna ərazisini müdafiə etməyə gedib”, – deyə nazir bildirib. O, qeyd edib ki, bu qərarı partiya üzvü “yalnız şəxsi və mənəvi motivlər səbəbəindən” verib.

Yuraşsın deputat mandatını təhvil verib-verməyəcəyi hələ məlum deyil.

Çərşənbə axşamı o, Seymin hüquq komissiyasının iclasına məsafədən sədrlik edib.

Previous articleQHT canlı yayımda layihəsini icra etdi və şəhidin xatirə lövhəsini açdı – FOTO
Next articleDüşmən tanklarla Şuşaya əks-hücuma keçdi

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here