Home Qarabağ Laçında itkin düşən əsgərlərin axtarışı davam edir

Laçında itkin düşən əsgərlərin axtarışı davam edir

280
0

Azərbaycan Ordusunun Laçın rayonu istiqamətində itkin düşmüş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları – əsgər Məmmədov Fərid Əjdər oğlu və əsgər Abdullayev Firdovsi Mais oğlunun axtarışı davam edir.

Sosialxəbər.az Report-a istinadən xəbər verir ki, hərbi qulluqçularımızın tapılması məqsədilə yüksək dağlıq və çətin relyefli ərazidə hava şəraitinin əlverişsiz olmasına baxmayaraq axtarış tədbirləri aparılır.

Qeyd edək ki, Müdafiə Nazirliyinin martın 5-də yaydığı məlumata əsasən, Laçın rayonu ərazisində yerləşən bir döyüş mövqeyindən digərinə hərəkət edən Azərbaycan Ordusunun əsgərləri – F.Məmmədovla F.Abdullayev hava şəraitinin qəfil dəyişməsi və çovğun səbəbindən istiqaməti itirərək azıblar

Previous articleTovuzda narkokuryerlər saxlanıldı
Next articleQanunsuz erməni dəstəsi mövqelərimizi atəşə tutdu

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here