Home QHT QHT canlı yayımda layihəsini icra etdi və şəhidin xatirə lövhəsini açdı – FOTO

QHT canlı yayımda layihəsini icra etdi və şəhidin xatirə lövhəsini açdı – FOTO

104
0

Əsgər Ailələrinə Dəstək ictimai birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Vətən Müharibəsində qələbəmizin təbliği” layihəsinin icrasına başlayıb. 
Sosialmedia.az xəbər verir ki, “Vətən Müharibəsində qələbəmizin təbliği ” layihəsi 3 ay müddətinə icra olunacaq. Sözsüz ki, mövzu Vətən Müharibəsi qəhrəmanlarını tanıtmaqdır. Məqsəd həm də  44 günlük müharibədə həlak olan Bakı, Mingəşevir şəhərlərindən, Tərtər, Ağdam rayonlarından olan şəhidlərin ailələrinin problemlərinin həllində köməklik etmək, şəhidlərin mübarizə yolunun örnək olduğunu gənclərə nümunə göstərməkdir. Yeniyetmələrin, gənclərin vətənpərvərlik ruhunun yüksəldilməsi və onlara mənəvi dayaq durmaq, əsgərlərimizin vətənə, dövlətə, torpağa bağlılıq hisslərini artırmaq üçün o ailələrlə görüşlərin təşkilidir. Vətəndaşlarımız arasında şəhid ailələrinə, qazilərə, Qarabağ müharibəsi əlillərinə və veteranlarına dövlətin qayğısının ictimai rəydə yüksəldilməsinə nail olmaqdır.
Beləliklə, Əsgər Ailələrinə Dəstək ictimai birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Vətən Müharibəsində qələbəmizin təbliği” layihəsinin icrasına Ağdam rayonundan başladı.Mirəşilli kənd Uşaq baxçasında baş tutan tədbirdə rayon ictimaiyyəti, şəhid ailələri, qazilər, uşaqlar iştirak etdilər. Tədbiri Layihənin rəhbəri, Əsgər Ailələrinə Dəstək ictimai birliyinin sədri Mətanət Əsgərqızı açdı. O, şəhidlərin ruhunun bir dəqiqəlik sükutla yad edilməsini təklif etdi. Daha sonar Azərbaycanın Dövlət Himni səsləndirildi.Mətanət Əsgərqızı toplaşanlara layihə barədə məlumat verdi. Xüsusi vurğuladı ki, bu bir ilkdir, QHT layihəni həm də canlı yayımda icra edir. O, qeyd etdi ki, 44 günlük Vətən Müharibəsində qələbəmizin təminində Azərbaycan zabiti, əsgəri böyük qəhrəmanlıq nümunələri yaratdılar. Eyni zamanda Qələbəmizin memarı bu xalq və  onun Müzəffər Ali Baş Komandanı oldu.
 Layihə barədə fikirlərini bildirənlər gözəl təşəbbüs olduğunu,həm layihənin icrasını yüzlərlə insanın izlədiyini  və xüsusi ilə layihəyə töhfə olaraq şəhid Orxan Dadaşova həsr olunmuş xatirə lövhəsinin açılışının burada böyüməkdə olan uşaqlara vətənpərvərlik baxımından böyük təsiri olacağını qeyd etdilər. Xüsusi vurğulandı ki, qələbəmizin təbliğində belə tədbirlərin əvəzsiz rolu var. Layihə rəhbəri Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə və şəhid Orxan Dadaşovun xatirə lövhəsinin hazırlanmasında  iş adamı Şahin Məmmədova “Vətən Müharibəsində qələbəmizin təbliği” layihəsinə dəstəyə görə minnətdarlığını bildirdi. O, həmçinin ev sahibliyi edən Ağdam Rayon İcra hakimiyyətinə də göstərdikləri diqqətə və qayğıya görə təşəkkür etdi. Ağdam Rayon İcra Hakimiyyətinin Başçısının müavini Xəqani Nəzarov rayonun rəhbəri Vaqif Həsənovun salamlarını çatdıraraq layihəyə uğurlar arzuladı. Layihə rəhbəri Şəhid Orxan Dadaşovun atasını və Xəqani Nəzarovu şəhidin xatirə lövhəsinin açılışını icra etməyə dəvət etdi. Şəhid Orxan Dadaşovun atası Vaqif Dadaşov toplaşanlara şəhid oğluna dəyər verdiklərinə görə minnətdarlıq bildirdi.Layihə rəhbəri Mətanət Əsgərqızına və bu işdə əməyi olanlara dərin təşəkkürünü bildirdi. 
 Layihənin eksperti və psixoloqu çıxışlarında qələbənin və qəhrəmanların təbliğində belə tədbirlərin əvəzsiz rolu olduğundan danışdılar. Sonda yeddi azyaşlıya  Layihə rəhbəri Xarıbülbül döş nişanı bağışladı. Sonda Mətanət Əsgərqızı layihənin ekspertinə, psixoloquna, layihə rəhbərinin köməkçisinə təşəkkür etdi.

Previous articleNazirdən tapşırıq: Dərhal cavab verilsin!
Next articleLatviyalı deputat Ukraynada döyüşməyə yollandı

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here