Home Hərbi Nazirdən tapşırıq: Dərhal cavab verilsin!

Nazirdən tapşırıq: Dərhal cavab verilsin!

1143
0

Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan Ordusunun bölmələrinə qarşı mümkün təxribatlara dərhal adekvat cavabın verilməsi ilə bağlı tapşırıqlar verib.

Sosialxəbər.az bildirir ki, o, bu barədə Müdafiə Nazirliyində keçirilən xidməti müşavirədə bildirib.

Azərbaycan-Ermənistan dövlət sərhədində və Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində vəziyyəti təhlil edən müdafiə naziri bölmələrimizə qarşı mümkün təxribatlara dərhal adekvat cavabın verilməsi, bunun üçün döyüş hazırlığının daim yüksək səviyyədə saxlanılması, eləcə də bölmələrin və idarəetmə məntəqələrinin praktiki məşq etdirilməsi ilə bağlı tapşırıqlar verib.

Previous articleŞuşadan Xankəndi istiqamətində azan verildi – Video
Next articleQHT canlı yayımda layihəsini icra etdi və şəhidin xatirə lövhəsini açdı – FOTO

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here