Home Dünya Ukrayna ordusu Qostomeli geri aldı

Ukrayna ordusu Qostomeli geri aldı

219
0

Ukrayna Silahlı Qüvvələri Qostomel şəhərini (Kiyev vilayəti) Rusiya hərbçilərindən geri alıb.

Sosialxəbər.az xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi məlumat yayıb.

Qeyd edilir ki, döyüşlər zamanı Rusiyanın onlarla hərbçisi öldürülüb.

Məlumata görə, Qostomel uğrunda iki gün davam edən döyüşlər zamanı Ulyanovskdan (Rusiya) 31-ci xüsusi mühafizəçilər briqadasının 50-dən hərbçisi həlak olub. Bundan əlavə, Ukrayna hərbçiləri çoxsaylı hərbi qənimətlər, o cümlədən silah, texnika və qarşı tərəfin şəxsi sənədlərini ələ keçirib.

“Qostomel şəhəri Ukrayna qoşunlarının nəzarəti altındadır”, – Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi əlavə edib.

Previous article“Samsunq” Rusiya bazarını tərk edir
Next articleErmənilər Goranboydakı mövqelərimizi atəşə tutdu

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here