Home Dünya “Samsunq” Rusiya bazarını tərk edir

“Samsunq” Rusiya bazarını tərk edir

162
0

Cənubi Koreyanın “Samsunq” şirkəti Ukraynaya qarşı müharibəsi səbəbindən Rusiya bazarını tərk etdiyini bildirib.

Sosialxəbər.az Report-a istinadən xəbər verir ki, daha bu ölkədə məhsul tədarükü olmayacaq.

Məlumata görə, çiplərdən tutmuş smartfonlara və məişət elektronikasına qədər bütün “Samsung” məhsullarının ixracı dayandırılıb.

“Fikirlərimiz təsirə məruz qalan hər kəslədir və bizim prioritetimiz bütün əməkdaşlarımızı və onların ailələrini təhlükəsiz saxlamaqdır”, – “Samsunq”un bəyanatında deyilir.

Şirkət bölgədəki humanitar səylərə altı milyon ABŞ dolları, o cümlədən bir milyon dollarlıq istehlakçı elektronikası ianə edəcək.

“Samsunq” Rusiyada 30%-dən bir qədər çox bazar payı ilə lider smartfon satıcısı idi. Rusiyada smartfon satışı bu seqmentdən onun qlobal gəlirinin təxminən 4%-ni təşkil edib.

Previous articleMüğənni Manaf Ağayevin həbs müddəti başa çatıb
Next articleUkrayna ordusu Qostomeli geri aldı

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here