Home Qarabağ Ermənilər Goranboydakı mövqelərimizi atəşə tutdu

Ermənilər Goranboydakı mövqelərimizi atəşə tutdu

219
0

Martın 5-i saat 00:40-dan 00:50-dək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstəsinin üzvləri Goranboy rayonunun Gülüstan yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini atəşə tutub.

Sosialxəbər.az bildirir ki, Bu barədə Axar.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Azərbaycan Ordusunun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb. Ordumuzun sıralarında şəxsi heyət və texnika baxımından itki yoxdur.

Hazırda bu istiqamətdə vəziyyət sabitdir, əməliyyat şəraiti bölmələrimizin tam nəzarəti altındadır.

Previous articleUkrayna ordusu Qostomeli geri aldı
Next articleİlham Əliyev Bilal Ərdoğanı qəbul etdi

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here