Home QHT Agentliyin layihəsi çərçivəsində QHT Şəhid analarının iştirakı ilə növbəti tədbirini keçirib

Agentliyin layihəsi çərçivəsində QHT Şəhid analarının iştirakı ilə növbəti tədbirini keçirib

110
0

Məlumat üçün bildirik ki,Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə Ahıllara və Tənhalara Dəstək İctimai Birliyi “Cəmiyyətə örnək olan Şəhid və qazi analarına mənəvi dəstəyimizi davam etdirək” layihəsini həyata keçirir.

Azərbaycan Ahıllara və Tənhalara Dəstək İctimai Birliyinin sədri Ruhiyyə Məmmədovanın Fact-info.az saytına verdiyi məlumata görə, layihə çərçivəsində Şəhidlərimizin əziz xatirəsinə həsr olunan Şəhid və qazi ailələrinin, digər insanların iştirakı ilə Vətən müharibəsində, fədakar oğularımızdan bəhs edən “Zəfər meydanı” adlı sənədli film 4 mart 2022-ci il saat 15-də Sabunçu rayonu Maştağa qəsəbəsindəki Mədəniyyət evində nümayiş olundu. Tədbir zamanı 187 saylı orta məktəbin şagirdləri Şəhidlərimizə həsr olunan şeirlər səsləndirdilər, digər təhsil ocaqlarının şagirdləri müxtəlif səhnəciklər nümayiş etdirdilər.

QHT sədri daha sonra bildirib ki, Şəhidlərimizin əziz xatirəsinə həsr olunan bu tədbir zamanı Sabunçu və Maştağa Şəhid anaları çıxış edərək belə görüşlərin zəruri olduğunu qeyd etdilər. Mən də yekunda layihəyə dəstək olan, tədbirlərimizə qatılan hər kəsə, xüsusilə, Şəhid ailələrinə öz dərin təşəkkürümü bildirirəm. Biz Vətəndaş Cəmiyyətinin nümayəndələri olaraq Şəhid ailələri ilə təmaslarımızı hər zaman davam etdirəcəyik.

Previous articleBayramov Çavuşoğlu ilə görüşdü
Next articleİctimai Şuranın sədri Miqrasiya Məktəbində
mühazirə ilə çıxış edib

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here