Home QHT “Yer cənnəti”ndə azlıqların hüquqları…” – Misir və Əlcəzair mediasında Azərbaycanın multikulturalizm modeli

“Yer cənnəti”ndə azlıqların hüquqları…” – Misir və Əlcəzair mediasında Azərbaycanın multikulturalizm modeli

190
0

Azərbaycan Demokratik İslahatların İnkişafı Mərkəzi (ADİİM) İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Tolerantlığın, multikulturalizmin Azərbaycan modeli dünya mediasında” layihəsi çərçivəsində hazırladığı növbəti məqalə Misirin www.rayetmisr.com və Əlcəzairin www.alharir.info saytlarında dərc olunub.

Məqalələrin başlıqları belədir – “Yer cənnəti”ndə azlıqların hüquqları .. Azərbaycan öz ərazisində tolerantlığa necə nail olub?” və “Azərbaycanda yaşayan azlıqlar üçün təhsil haqları tarix boyu milli və dini tolerantlığın Azərbaycan modelini təşkil edir”

Yazılarda Azərbaycanda yaşayan azsaylı xalqlar, milli və etnik azlıqlara dövlət qayğısından, diqqətdən, onlara verilən azadlıqdan, xüsusən də təhsil haqlarından bəhs edilir.

Qeyd olunub ki, Azərbaycanda yaşayan azsaylı xalqların təhsil haqları tarix boyu milli və dini tolerantlığın Azərbaycan modelini təşkil edir. Azərbaycan dövləti müstəqillik əldə etdikdən sonra əsrlər boyu yaşatdığı bu dəyər dövlət siyasətinin mühüm istiqamətlərindən birinə çevrilib.

Məhz Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra ictimai-siyasi sabitliyin bərpa olunması bütün xalqların və dinlərin nümayəndələrinin əvvəlki tək mehriban şəkildə birgə yaşayışını təmin etdi. Ölkə ərazisində milli və dini zəmində separatçılıq toxumu səpən bütün zərərli cərəyanların, qruplaşmaların fəaliyyətinin qarşısı qətiyyətlə alındı. 1995-ci ildə qəbul edilən Azərbaycan Konstitusiyası ölkəmizdə yaşayan bütün azsaylı xalqların və dinlərin nümayəndələrinin hüquqlarını, vicdan azadlığını təsbit etdi.

“Azərbaycan Respublikasında yaşayan milli azlıq, azsaylı xalqların və etnik qrupların hüquq və azadlıqlarının qorunması, dil və mədəniyyətinin inkişafı üçün dövlət yardımı haqqında” Azərbaycan Respublikası Prezidentinin 16 sentyabr 1992-ci il tarixli Fərmanına uyğun olaraq, ümumtəhsil məktəblərində onların dillərinin tədrisi ilə bağlı lazımi şərait yaradılıb.

Qeyd olunub ki, Avropa Şurasının tam hüquqlu üzvü olan Azərbaycan bu mötəbər qurumun 05 noyabr 1992-ci ildə qəbul etdiyi “Regional dillərin və ya azsaylı xalqların dillərinin Avropa Xartiyası”nın prinsiplərini daim diqqət mərkəzində saxlayır.

Sitat: “Azərbaycan Respublikasında yaşayan milli azlıq, azsaylı xalqların və etnik qrupların hüquq və azadlıqlarının qorunması, dil və mədəniyyətinin inkişafı üçün dövlət yardımı haqqında” Azərbaycan Respublikası Prezidentinin 16 sentyabr 1992-ci il tarixli Fərmanına uyğun olaraq, ümumtəhsil məktəblərində onların dillərinin tədrisi ilə bağlı lazımi şərait yaradılıb.

Daha sonra ölkəmizdə yaşayan azsaylı xalqlar, milli və etnik azlıqların ana dillərində təhsil almaları ilə bağlı rəsmi statustik göstəricilər qeyd olunub.

Previous articleİti asaraq öldürən 86 yaşlı kişi saxlanıldı
Next articleSiyəzəndə Sosial xidmətlərin əlçatanlığı movzusunda tədbir keçirildi

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here