Home İdman Sumqayıtda məhdud fiziki imkanlı gənclər arasında dama üzrə turnir keçirilib

Sumqayıtda məhdud fiziki imkanlı gənclər arasında dama üzrə turnir keçirilib

2942
0

Sosialxəbər.az xəbər verir ki, Sumqayıtda ölkəmizdə martın 5-də qeyd edilən Bədən Tərbiyəsi və İdman Gününə həsr olunan silsilə tədbirlər davam etdirilir. Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsi və Gənclər Evinin birgə təşkilatçılığı ilə Əlilliyi Olan Şəxslərin Sosial Müdafiəsinə və İnteqrasiyasına Dəstək İctimai Birliyinin fiziki imkanları məhdud gəncləri arasında “İdman həftəsi” çərçivəsində dama üzrə turnir keçirilib.

Yarışın nəticəsinə əsasən qızlar arasında Vəfa Pirməmmədova, Nərmin Rzalı, Aynurə Əzizəliyeva, oğlanlar arasında isə Salman Həşimov, Tural Hacıyev və Ayxan Hadıyev müvafiq olaraq I-III yerləri tutublar.
Qalib və mükafatçılar Baş İdarənin fəxri fərmanı, medal və hədiyyələri ilə təltif ediliblər.

Previous articleSiyəzəndə Sosial xidmətlərin əlçatanlığı movzusunda tədbir keçirildi
Next articleİsmayıllı rayonunda əlilliyi olan şəxslərin məşğuluğu ilə bağlı tədbir keçirildi

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here