Home QHT İsmayıllı rayonunda əlilliyi olan şəxslərin məşğuluğu ilə bağlı tədbir keçirildi

İsmayıllı rayonunda əlilliyi olan şəxslərin məşğuluğu ilə bağlı tədbir keçirildi

328
0

03 Mart 2022-ci il tarixində İsmayıllı rayon “İsmayıllı Üşaq və Ailələrə Dəstək Mərkəzi’’-ndə əlilliyi olan şəxslərin məşğuluğu ilə bağlı tədbir keçirildi.
“İstedadlı Əlillər” Ictimai Birliyi Azərbaycan Respubilikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “İnkluziv iqtisadi modelin inkişafı: əliliyi olan şəxslərin əmək bazarında iştirakçılığının artırılması” adlı tədbir keçirildi.
Sosialxəbər.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan İB-in sədri, layihə rəhbəri Qubad Qasımov layihə barədə geniş məlumat verdi. Qubad Qasımov bildirdi ki, Layihə çərçivəsində Sumqayıt şəhəri, İsmayıllı, Qəbələ, Şəki, Zaqatala və Abşeron rayonlarında tədbirlərin keçirilməsi nəzərdə tutulur və layihə 5ay davam edəcək. Layihənin məqsədi əhalinin aztəminatlı sosial qruplarından olan əlillərin sosial müdafiəsinin daha da gücləndirilməsi istiqamətində həyata keçirilən dövlət proqramlarından biri olan özünüməşğulluq proqramlarında əlil vətəndaşlarının iştirakçılığının artırılması yolu ilə onların rifahı ilə şəxsi bacarıqları arasında funksional asılılığı artırmaqdır.
Layihənin eksperti Rəşad Həsənov tədbirdə əlilliyi olan şəxslərə özünüməşğulluq proqramının mahiyyəti, əhəmiyyəti, onların sosial rifahı üçün ortaya qoyduğu imkanlar, proqramdan yararlanmağın üstünlükləri, proqrama müraciət etmə və iştirak qaydaları, ailə təsərrüfatı və yaxud kiçik biznesin yaradılması üçün təmin edilən dəstək və s. bu kimi məsələlər haqqında geniş və ətraflı məlumat verdi.
Tədbirdə məşğulluq agentliyinin İsmayıllı Rayon idarəsinin numayəndəsi Emil Bədəlov əlilliyi olan şəxslərə özünəməşğulluq proqramının qanunvericiliyə uyğunluğu haqqında geniş və ətraflı məlumat verdi. Tədbir iştirakçılarını maraqlandıran sualları cavablandırdı.
Daha sonura İsmayıllı Rayon icra hakimiyyətinin numəyəndisi Teymurov Nəsimi, KOBİA nın İsmayıllı Rayon nümayəndəsi Afşin Əfsərbəyli, İsmayıllı Üşaq və Ailələrə Dəstək Mərkəzi rəhbəri Lətifə Əliyeva cıxış edərək layihənin vacibliyi və aktuallığını vurğuladılar.
Tədbir çərçivəsində özünüməşğulluq proqramı geniş müzakirə edilərək, iştirakçıların təklifləri dinlənildi.
Sonda Layihənin rəhbəri Qubad Qasımov layihəyə maliyyə dəstəyi göstərən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə və tədbir iştirakşılarına öz təşəkkürünü bildirdi.

Previous articleSumqayıtda məhdud fiziki imkanlı gənclər arasında dama üzrə turnir keçirilib
Next article“Teatr baharı” – müstəqil teatrların festivalı

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here