Home QHT Milli Qəhrəmanın yeganə övladının evi yoxdur

Milli Qəhrəmanın yeganə övladının evi yoxdur

302
0

Sosialxəbər.az xəbər verir ki, “Beynəlxalq Əlillər Cəmiyyəti” İB Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Həssas sosial qruplara aid vətəndaşlar üçün tibbi, hüquqi və psixoloji xidmətlərin təşkili” adlı layihə həyata keçirir.

Layihə çərçivəsində Milli Qəhrəman Asif Məhhərəmovun (Fred Asif) ailəsində Qəhrəman ana Məhluqə xanımın və Asif Məhərrəmovun oğlu Azər Məhərrəmovun qonağı olduq. Yataq xəstəsi olan Məhluqə ana bildirdi ki, arzum ömrümün son günlərində vətənimi – Qarabağı, Ağdamı görmək olsa da, bilmirəm ömür vəfa etsə, bu mənə qismət olar, ya yox. Odur ki, mənə etmək istədiyniz köməkliyi Asifimin yadigarı nəvəm Azərə etməyinizi xahiş edirəm.
Biz də öz növbəmizdə Fred Asifin yeganə övladı olan Azərin yaşadığı Bakı şəhəri, Xətai rayonu, İnqilab İsmayılov küçəsi, ev 5, mənzil 139 ünvanında olduq. Qol güləşi üzrə 5 dəfə Avropa çempionu olan Azər Məhərrəmov müxtəlif vaxtlarda Dünya çempionatlarında iştirak edərək 65 Fəxri fərmanla, 35 Kubokla təltif olunmuşdur. Ukraynada keçirilən yarışda erməni əsilli idmançını məğlub etmişdir.

Çox təvəzökar olan Azər Məhərrəmov-heç bir problemim yoxdur, dostumun problemi var, onu həll edin, -dedi. Lakin Azərbaycanın bayrağını dəfələrlə xarici ölkələrdə qürurla dalğalandıran idmançımızın ehtiyac içində yaşadığının şahidi olduq. Yaşadığı evin kimə məxsus olduğunu soruşduqda bildirdi ki, 1994-cü ildən məcburi köçkün kimi bu evdə məskunlaşıblar. Mənzil heç kimin şəxsi mülkü deyil, dövlətin balansındadır. Azərin yaxın-doğmaları dəfələrlə yaşadığı mənzilin onun adına sənədləşdirilməsi üçün aidiyyəti dövlət təşkilatlarına müraciət etsələr də heç bir köməklik olunmamışdır.
Biz də öz növbəmizdə aidiyyəti dövlət qurumlarına müraciət edərək Vətənimizin müdafiəsi uğrunda canından keçən Milli Qəhrəman Asif Məhərrəmovun yeganə övladı, bayrağımızın yüksəklərdə dalğalanması üçün bacardığını əsirgəməyən Azər Məhərrəmovun hazırda yaşadığı Bakı şəhəri, Xətai rayonu, İnqilab İsmayılov küçəsi, ev 5, mənzil 139 ünvanındakı mənzilin onun adına sənədləşdirilməsi üçün köməklik göstərilməsini xahiş edirik.

Tahir Xudiyev
layihə rəhbəri,
“Əlillər Dünyası” qəzetinin Baş redaktoru,
“Beynəlxalq Əlillər Cəmiyyəti” İB və
“Türk Dünyası Turan Düşüncə Mərkəzi” İB-in sədri

02 mart 2022-ci il

Previous articleXızı rayonunda Xocalı Soyqırımının 30-cu il dönümü ilə bağlı tədbir keçirildi
Next articleRusiya 8 min hərbçisi ilə əlaqəni itirib

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here