Home Dünya Rusiya hələ də Ukrayna üzərində hava üstünlüyünə nail olmayıb

Rusiya hələ də Ukrayna üzərində hava üstünlüyünə nail olmayıb

198
0

Rusiya hələ də Ukrayna üzərində hava üstünlüyünə nail olmayıb.

Sosialxəbər.az xəbər verir ki, bunu adı açıqlanmayan Pentaqon rəsmisi deyib.

Rusiyanın müharibə başlayandan gücünün 75 faizindən istifadə etdiyini bildirən rəsmi indiyədək Ukraynaya 400-ə yaxın uzaqmənzilli və qanadlı raket atıldığını vurğulayıb.

Ukraynanın müəyyən bölgələrində hava üstünlüyünün Ukrayna ilə Rusiya arasında əl dəyişdirdiyini söyləyən Pentaqon rəsmisi deyib:

“Ukraynanın hələ də mühüm bir hava hücumundan müdafiə qabiliyyəti var və onu idarə edə bilir. Rusiya hələ də Ukrayna hava məkanında üstünlüyə nail olmayıb”.

Qeyd edək ki, ötən gün Rusiya Müdafiə Nazirliyinin rəsmisi İqor Konaşenkov döyüş aviasiyasının Ukraynanın bütün hava məkanında üstünlüyü ələ keçirdiyini bəyan etmişdi.

Previous articleBlinken Kuleba ilə danışdı
Next articleRusiya-Ukrayna savaşı nə ilə bitəcək?

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here