Home QHT Sumqayıt məktəblərində Zəfər tarixi ilə bağlı tədbirlər keçiriləcək

Sumqayıt məktəblərində Zəfər tarixi ilə bağlı tədbirlər keçiriləcək

323
0

Sosialxəbər.az xəbər verir ki, “Bizim şəhər”Sumqayıt Sosial İnkişaf Mərkəzi İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə 01.02.2022- ci il tarixindən “Sumqayıt orta məktəblərində Zəfər tarixi ilə bağlı maarifləndirmə işinin dəstəklənməsi” layihəsinin icrasına başlayıb.

Layihənin 1-ci ayı hazırlıq işləri başa çatdı. Sumqayıt şəhər orta məktəblərindən 5 məktəb: İsmət Qayıbov adına 1№-li ,33 №-li ,11 №-li,12 №-li və Cəlil Səfərov adına 10 №-li tam orta məktəbləri seçildi. Bu məktəblərin məzunları arasında Mustafalı Əlizamin Valeh oğlu ( 1№-li məktəb)Fərhadlı Fərhad,mayor Elşad Həsənov (12 №-li məktəb)Bağırlı Elvin Rəyasət oğlu(11№-li məktəb)Əhmədov Abdulla Hacı Əhməd,Cəfərov Cavid Fərhad,Nuriyev Saleh Səxavət oğlu (33 №-li məktəb) kapitan Anar Heydərov,baş leytenant Mikayıl Məmmədzadə,gizir Emil İsgəndərov,gizir Xudaverdi Abilov (10№ məktəb) şəhidlik zirvəsinə qalxıblar. Həmin məktəblərdə “Qarabağ Azərbaycandır!” devizi altında Rəsm və İnşa müsabiqələri keçiriləcək.

Previous articlePasient Təşkilatları İttifaqının təşkilatçılığı ilə Beynəlxalq Nadir Xəstəliklər Gününə həsr edilmiş mətbuat konfransı keçirildi
Next article“İşğaldan azad edilən ərazilərdə məşğulluq məsələləri və dayanıqlı məskunlaşdırma siyasətinin əsasları” layihəsinin ilk tədbiri keçirilib

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here