Home Hadisə Şəmkirdə qadın boğazı kəsilərək öldürüldü

Şəmkirdə qadın boğazı kəsilərək öldürüldü

1031
0

Şəmkir rayonunun İrmaşlı kəndin sakini 1998-ci il təvəllüdlü Aytac Famil qızı Piriyeva kəndin kənarında, boş sahədə bıçaqla boğazı kəsilərək qətlə yetirilib.

Sosialxəbər.az Report-a istinadən xəbər verir ki, hadisəni törətməkdə isə onun əmisi oğlu, 1998-ci il təvəllüdlü Piri Əli oğlu Piriyev şübhəli bilinir. O, könüllü olaraq polisə təslim olub.

İlkin məlumata görə, hadisə qısqanclıq zəminində baş verib. Belə ki, əvvəllər ailəli olmuş A.Piriyeva bir müddət öncə rayon mərkəzindəki kompüter kursuna gedib. Qadının orada kollektivlə çəkilən fotolarını görən P.Piriyev əmisi qızını qısqanıb və buna görə də tərəflər arasında mübahisə yaranıb. Bu zaman əmisi qızını avtomobilə əyləşdirib kəndin kənarınakı boş sahəyə aparıb və orada qadının boğazını kəsərək qətlə yetirib.

Qeyd edək ki, A.Piriyeva boşandıqdan sonra anası və qardaşı ilə birgə qalırmış, onun az yaşlı bir oğlu var. Hadisəni törətməkdə şübhəli bilinən P.Piriyev subay olub. Onların hər ikisinin ataları dünyasını dəyişib.

Faktla bağlı Şəmkir rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

***

Fevralın 27-si saat 11 radələrində 1998-ci il təvəllüdlü Aytac Piriyevanın aldığı xəsarətlərdən ölməsi barədə Şəmkir rayon prokurorluğuna məlumat daxil olub.

Bu barədə Şəmkir Rayon Prokurorluğu məlumat yayıb.

Aparılan ilkin araşdırmalarla Şəmkir rayonu İrmaşlı kənd ərazisində zərərçəkmişin əmisi oğlu 1998-ci il təvəllüdlü Piri Piriyevin şəxsi münasibətlər zəminində aralarında yaranan münaqişə zamanı Aytac Piriyevaya bıcaq xəsarəti yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Şəmkir Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Piri Piriyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Previous articleNövbəti 24 saat Ukrayna üçün kritik olacaq – Zelenski
Next articleBir ailənin 6 üzvü dəm qazından zəhərləndi

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here