Home Hadisə Bir ailənin 6 üzvü dəm qazından zəhərləndi

Bir ailənin 6 üzvü dəm qazından zəhərləndi

984
0

Abşeron rayonunda dəm qazından kütləvi zəhərlənmə hadisəsi baş verib.

Sosialxəbər.az xəbər verir ki, hadisə Fatmayi kəndində qeydə alınıb.

Belə ki, 1977-ci il təvəllüdlü Nadirə Həsənqulu qızı Abdullayeva, 1979-cu il təvəllüdlü Yeganə Həsənqulu qızı İsmayılova, 1995-ci il təvəllüdlü Pərvin Əliabbas qızı Abdullayeva, 1958-ci il təvəllüdlü Elmira Cəfər qızı Cəfərova, 2003-cü il təvəllüdlü Məleykə Sübhan qızı İsmayılova və 2005-ci il təvəllüdlü Nərmin Sübhan qızı İsmayılova yaşadıqları evdə dəm qazından zəhərləniblər.

Zərərçəkənlər təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar.

Hadisənin təfərrüatı araşdırılır.

Previous articleŞəmkirdə qadın boğazı kəsilərək öldürüldü
Next articleMoskva hava limanlarında reyslər ləğv edildi

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here