Home QHT “Ziyalı Ocağı” İctimai Birliyi “Xocalıya ədalət!” adlı tədbir keçirdi

“Ziyalı Ocağı” İctimai Birliyi “Xocalıya ədalət!” adlı tədbir keçirdi

253
0

Sosialxəbər.az bildirir ki, Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Ziyalı Ocağı” İctimai Birliyi fevral ayının 26-da Abşeron rayon Xırdalan şəhər Heydər Əliyev adına Mədəniyyət Mərkəzində “Xocalıya ədalət!” adlı tədbir keçirdi.
Xocalı faciəsinin qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Tədbiri girş sözü ilə birliyin sədri, layihə rəhbəri İlahə Əliyeva açaraq bildirdi ki, “müasir tariximizin faciəli, qanlı, dəhşətli, habelə, insanlıq tarixinə sığmayan hadisələrindən biri olan Xocalı soyqırımından bu gün bizi 30 illik bir zaman kəsiyi ayırır. Bu 30 il ərzində Azərbaycan xalqı öz yaralarını özü sarımağa çalışdı. Təbii ki, qaçqınına, köçgününə özünün isti ana qucağını açdı. Amma qəddarcasına reallaşdırılan qətliamın canlı şahidləri olan xocalılar, o cümlədən bütöv Azərbaycan xalqı bu qanlı söyqırımı aktını əsla unuda bilmədi. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Xocalı faciəsi lə bağlı bu fikirləri dönə-dönə söyləyirdi: -“Xocalı faciəsinin üstündən 200 il keçsə də, unudulmamalıdır!”
Xalqımızın genetik yaddaşına erməni quldurları və onların tərəfdaşları tərəfindən vurulan bu zərbələrin ağırlığına davam gətirib dözmək böyük səbir və əzm istəyirdi. Bu 30 il ərzində xalqımız özünün qürurunu ləyaqətlə qorudu, dərdinin ağırlığına mətanətlə sinə gərdi.
Məncə dərdin ağırlığı onun böyüklüyündən asılıdır. Xalqımıza və dövlətimizə qarşı işlənən bu müharibə cinayətinin ağırlığı o qədər böyük idi ki, biz bu dərdi aradan nə qədər zaman ötsə də, unuda bilmədik. Hər dəfə xatırlayanda gözlərimiz yaşla doldu, könlümüz qübarlandı, boğazımız qəhərdən kilidləndi. Köməksiz, əlacsız, əli yalın, dinc vətəndaşlarımızın mənfur erməni qan içənlərinin, silahlı erməni quldurularının qarşısında qaldıqları o dəhşət dolu anları gözlərimiz önünə gətirdik. Onların, o günahsız insanların, körpələrin, qocaların, qadınların, xəstələrin, əlsiz-ayaqsızların qarlı-çovğunlu, soyuq, şaxtalı-ayazlı, dumanlı qış günlərində yaşadıqları facələri biz də mənən yaşadıq. Yaşadığımız bu faciələr müasir dünyanın gözləri qarşısında baş verdi, amma müasir dünya, beynəlxalq qurumlar bu hadisələri biganəliklə qarşıladılar, bu kütləvi terrora laqeyd qaldılar. Günahkar Ermənistan həyata keçirdiyi bu faciəyə, kütləvi terror aktına, soyqırımına görə beynəlxalq məsuliyyətə cəlb olunmadı.

Azərbaycan dövləti quldur erməni qəsbkarları tərəfindən xalqımıza qarşı həyata keçirilən qanlı məzalimi, mənəviyyatımıza, iqtisadiyyatımıza vurulan bu zərbələri dəfələrlə bütün dünyaya duyursa da, Xocalı soyqırımının beynəlxalq aləmdə tanıdılmasına nail ola bilmədi”.

İ.Əliyeva nitqinə davam edərək vurğuladı ki, -“Bu gün işğaldan azad olunmuş torpaqlarımızda daşı-daş üstündə qoymayan, milli-mənəvi abidələrimizə, dinc vətəndaşlarımıza qarşı barbarlıq nümayiş etdirən manqurt ermənilərin və işğalçı Ermənistanın əsl siması haqqında məlumatlar dünyanın bütün xalqlarına, o cümlədən, beynəlxalq təşkilatlara mütəmadi şəkildə çatdırılmalıdır. Beynəlxalq məhkəmələrdə Ermənistan ifşa olunanadək müntəzəm olaraq bu mövzu gündəmdə saxlanılmalıdır. Cinayətkar erməni tapdağından azad edilən torpaqlarımızdakı mövcud durum haqqında ətraflı və sanballı materiallar hazırlanaraq beynəlxalq məhkəmələrə təqdim olunmalıdır. Ermənistan dövləti Azərbaycana qarşı apardığı bu qəddar siyasətə görə bütün bəşəriyyət qarşısında cavab verməlidir. Bir milyondan artıq vətəndaşımızın taleyi ilə oynayan, onları acınacaqlı vəziyyətə salan, malını-mülkünü mənimsəyən, milli-mənəvi dəyərlərinə həqarətlə yanaşan bu mənfur sifətli düşmənin -işğalçı Ermənistanın törətdiyi əməlləri unutmamalı və unutdurmamalıyıq! Biz “Xocalı soyqırımına” ədalət istəyirik!”

Layihə rəhbəri vurğuladı ki, “azğın, fəsad düşmən zaman gələcək, ona təmənnasız verilən cənnət Qarabağın torpaqlarını tərk edəcəkdir. Ali Baş Komandanımız, cənab İlham Əliyevin apardığı hərtərəfli siyasətə söykənərək, bu məntiqə əsaslanıram”.

Tanınmış jurnalist Rəsul Mirhəşimli erməni terrorçularının və onların havadarlarının -Rusiyanın 366-cı motoatıcı diviziyasının birbaşa iştirakı ilə Xocalıda həyata keçirdikləri qanlı, kütləvi terror aktından ətraflı şəkldə bəhs etdi. O, əsaslı faktlarla söykənərək, terrorçu bir ölkənin – Ermənistanın tarixi Azərbaycan torpaqlarında reallaşdırdıqları qanlı faciələrdən danışdı.

R. Mirhəşimli bildirdi ki, “ bu qatilllər, bu quldurlar təkcə Xocalıda deyil, habelə,- Qaradağlıda da, Qarabağın digər yaşayış məntəqələrində də bu qanlı məzalimləri həyata keçirdilər. Sonralar Qubadlı, Laçın, Kəlbəcər, Zəngilan, Cəbrayıl və digər rayonların da sakinləri eyni aqibətlə üzləşdilər, mənfur erməni aqressiyasına məruz qaldılar.

Zamanında torpaqlarımızda yer verib yerləşdirdiyimiz, qucaq açdığımız bu iblislər xalqımızın əli qanlı qatillərinə çevrildilər. Biz bu xəyanət və kütləvi terror aktını daima pisləməli və unutmamaq üçün gündəmdə saxlamalıyıq”.

Tədbirdə Xocalı faciəsinin qurbanlarının yaşadıları o məhşum gecəni böyük ürək yanğısı ilə təsvir edən “Dünya Ana və Uşaqlar” İctimai Birliyinin sədri Dünyaxanım Əliyeva söylədi ki, “dəfələrlə Xocalı faciəsini yaşayan, o dəhşətli hadisələrin şahidi olan həmvətənlərimizlə görüşmüşəm, onları dərin sarsıntı içərisində dinləmişəm.

Xocalı soyqırımı qaniçən, mənfur qonşularımız tərəfindən aldığımız ən böyük zərbələrdən biridir. Gələcək nəsillərimiz bu naqisləri yaxşı tanımalı, xalqımıza və dövlətimizə vurulan zərbələri yaddan çıxarmamalıdır. Çünki xəyanət unudulanda bir daha təkrarlanır”.
Çıxış üçün söz alan “Dünya xəbər” saytının baş redaktoru Kamran Orucov xüsusilə vurğuladı ki, “ermənilər Xocalı faciəsini törətməzdən əvvəl, öz tarixi dədə-baba torpaqlarında yaşayan bütün azərbaycanlılara qarşı kütləvi qətliamlara əl atdılalar. Sakini olduğum Qafan rayonunun Eyvazlı kəndində də bu qəbildən olan barbarlıq aktlarını həyata keçirdilər, dinc əhaliyə divan tutdular, onların gözlərini qorxutmaq, onları doğma yurd-yuvalarından didərgin salmaq üçün hər cür alçaqlığa əl atdılar.

Mən özüm həmin Eyvazlı kəndində dünyaya gəlmişdim, orada böyümüşdüm, amma erməni qəddarlığı mənim kimi yüz minlərlə azərbaycanlını öz doğma yurdunu tərk etmək məcburiyyətində qoyurdu”.
Abşeron rayon Təhsil şöbəsinin metodisti Sevinc Qurbanova Xocalı faciəsinin bu günkü və gələcək nəsillərin unutmayacağını bildirdi və qətiyyətlə söylədi ki, “bu 30 il ərzində xalqımız dinc oturmadı, hər bir vətəndaş bu və ya digər dərəcədə, bacardığı qədər vətəninə, xalqına ləyaqətlə xidmət göstərdi. Bunun əvəzsiz nəticəsini biz 44 günlük Vətən müharibəsində gördük. Xalqımız özünün layiqli Ali Baş Komandanı, cənab İlham Əliyevin ətrafında sıx birləşərək, azğın düşmənə qarşı savaşdı və özünün tarixi zəfərini qazandı”.

“Qadın və Uşaqların İnnovativ Maarifləndirilməsinə Dəstək İctimai Birliyinin sədri Aynur Zülfüqarova “Xocalı faciəsinin canlı şahidlərinin ifadələri ilə tədbirin gedişatına böyük maraq qatdı.

O, mənhus günlərin şahidlərinin ürək ağrıcı xatirələrindən danışdı. Erməni qaniçənlərinin bəşər tarixində görünməmiş qəddarlıqlara əl atdıqlarından bəhs etdi”.
Abşeron rayon 2 saylı Xırdalan şəhər orta məktəbinin tarix müəllimi Sevinc Abdullayeva 44 günlük müharibənin Azərbaycan tarixində dönüş nöqtəsi olduğunu bildirdi. O, ən böyük arzusunun Xocalını görmək olduğunu dilə gətirdi”.

Eşitmə Və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım İctimai Birliyinin sədri Cəmilə Abdulova tədbir iştirakçıları tərəfindən rəğbətlə qarşılanan çıxışını tariximizin bütün ağır məqamlarında daima bir olan xalqımızın yekdilliyindən bəhs etdi. C. Abdulova qətiyyətlə erməni vəhşiliyini qınadı və gənclərə xitabən bildirdi ki, manqurt qonşularımızın bu bədnam əməlləri əsla unudulmamalıdır.

Xocalı soyqırımı bizim yaddaş kitabımızdır”.
Öz çıxışını Xocalı faciəsinə həsr etdiyi, Azərbaycan və ingilis dillərində hazırladığı slayd üzərində quran Sumqayıt Dövlət Universitetinin Tarix fakültəsinin 1-ci kurs tələbəsi Nərmin Əzizova qeyd etdi ki, -“1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələri 7 min əhalisi olan Xocalı şəhərində genosid aktı həyata keçirdi. Ermənistan hərbi birləşmələrinin şəhərə hücumu zamanı burada yalnız 3 minə yaxın insan qalmışdı.

Çünki, mühasirədə qaldığı 4 aydan artıq zaman ərzində blokadada olduğu üçün əhalinin xeyli hissəsi şəhərdən çıxmaq məcburiyyətində qalmışdı.
Qəddar düşmən, qatil canilər həyata keçirəcəkləri o məhşum planı öncədən hazırlamışdılar, bunun üçün xüsusi hazırlıqlar görülmüşdü.

Təəssüf ki, həmin xüsusi hazırlıqlar erməni quldurları tərəfindən xüsusi qəddarlıqla həyata keçirildi-xocalılara aman verilmədi, bu qədim şəhərin daşı-daş üstündə qalmadı, yerlə-yeksan edildi, azərbaycanlılara məxsus bütün tarixi abidələr məhv edildi, qəbirstanlıqlar belə zirehli texnika ilə “şumlandı”.
Məlumat üçün bildrim ki, Xocalı soyqırımı zamanı 613 nəfər qəddarcasına, xüsusi amansızlıqla qətlə yetirildi, 1000 nəfərdən artıq xocalı sakini aldıqları güllə yarası nəticəsində əlil qaldı, şikəst oldu.

Bu kütləvi soyqırımı aktı nəticəsində 8 ailənin kökü kəsildi.

Bu 8 ailədən bir nişanə belə qaımadı. 25 uşaq hər iki valideynini, 130 nəfər valideyinlərindən birini itirdi.

Faciə baş verən gecə 1275 nəfər dinc sakin girov götürüldü, onların 150-sinin taleyi indi də məlum deyil”.
Tədbir digər iştirakçıların çıxışları ilə davam etdirildi.

Ziyalı Ocağı” İctimai Birliyinin Mətbuat Xidmətinin məlumatı

Previous articleXızı rayonunda  Xocalı Soyqırımının 30-cu il dönümü ilə əlaqədar tədbir təşkil olunacaq
Next articleAgentliyin dəstəyi ilə QHT “Şəhidlər Parkı” nın salınmasına start verdi- FOTO

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here