Home QHT “Pensiya təminatı, istehlak bazarı və pensiya təminatı arasında adekvatlığın gücləndirilməsi” mövzusunda müzakirə-dinləmə...

“Pensiya təminatı, istehlak bazarı və pensiya təminatı arasında adekvatlığın gücləndirilməsi” mövzusunda müzakirə-dinləmə keçirilmişdir

207
0

Regional Sosial-İqtisadi İnkişaf üzrə Maarifləndirmə İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə İmişli rayonunda icra etdiyi “Pensiya təminatı mexanizminin yeni çağırışlara uyğunlaşdırılması, istehlak bazarı və pensiya təminatı arasında adekvatlığın gücləndirilməsi” mövzusunda müzakirə-dinləmə keçirilmişdir.

Tədbirdə İmişli rayon İcra Hakimiyyəti nümayəndəsi Rüfət Muradov, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin Regional bölmələrlə iş sektorunun müdiri Samir Əliyev, İmişli rayon DSMF-nun nümayəndəsi Elmir Qasımov və 25 nəfər pensiyaçı iştirak etmişdir.

Sosialxəbər.az xəbər verir ki, tədbiri ilk öncə Layihənin rəhbəri Elnarə Məhərrəmova açaraq layihənin donoru və layihə haqqında məlumat verdi. O, həmçinin qeyd etdi ki, ilk üç tədbirin nəticəsi olaraq ən az 20 səhifədən (5500 sözdən artıq) ibarət araşdırma hesabatı hazırlanacaqdır.

Sonra layihənin eksperti Rəşad Həsənov çıxış edərək layihə haqqında geniş və ətraflı məlumat verərək qeyd etdi ki, ölkədə yoxsulluqla mübarizədə, əhalinin sosial təminatının formalaşdırırlması istiqamətində müxtəlif mexanizmlər var və pensiya da bu mexanizmlərdən ən əhəmiyyətlisidir. Hansı ki, təxminən 1.200 min insan faktiki olaraq bu mexanizmdən yararlanıb və öz ailə üzvlərinin əhəmiyyətli gəlirlərinin bir hisssəsini məhz bu vəsaitlər hesabına formalaşdırır. Təbii ki, hər zaman yeniliyə, dəyişikliyə, inkişafa ehtiyac vardır və xüsusilə də nəzərə alsaq ki, Azərbaycan bu istiqamətdə yeni təcrübə formlaşdıran ölkələrdən biridir.

30 ildir təxminən müstəqillik dövründə bu bazar iqtisadiyyatına uyğunlaşdırılmış sistemin formalaşdırılması gedir. Bizdə çatışmamazlıqlar çoxdur və onun təkmilləşdirilməsi çox zəruri məsələlərdən biridir ki, bu mexanizmlər həqiqətən də hədəf qrupları üzrə problemin həllində bir alət olaraq istifadə oluna bilsin.

Tədbirə dəvət olunmuş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin Regional bölmələrlə iş sektorunun müdiri Samir Əliyev, İmişli rayon DSMF-nun nümayəndəsi Elmir Qasımov da mözvu ilə bağlı öz fikirlərini bildirdilər. Öz çıxışlarında sosial siyasətin ən həssas və çətin sahələrdən biri olmasından bəhs edərək, bu istiqamətdə Azərbaycanda böyük işlər görüldüyünü vurğuladılar. Tədbir çərçivəsində pensiyaların artırılması mexanizminin bazar konyukturu ilə asılılığının dərinləşdirilməsi, pensiya sistemin təşviqediciliyinin artırılması, əhalinin həssas qruplarının xarici və daxili iqtisadi şoklara dayanıqlığının təmin edilməsi geniş müzakirə edilərək, iştirakçıların təklifləri dinlənildi.

Sonda Layihənin rəhbəri Elnarə Məhərrəmova layihəyə maliyyə dəstəyi göstərən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə və tədbir iştirakşılarına öz təşəkkürünü bildirdi.

Previous articleAgentliyin dəstəyi ilə QHT “Şəhidlər Parkı” nın salınmasına start verdi- FOTO
Next articlePutin buna hazırlaşıb: bəs Qərb necə?

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here