Home QHT Agentliyin dəstəyi ilə QHT “Şəhidlər Parkı” nın salınmasına start verdi- FOTO

Agentliyin dəstəyi ilə QHT “Şəhidlər Parkı” nın salınmasına start verdi- FOTO

241
0

Sosialxəbər.az xəbər verir ki, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə Ahıllara və Tənhalara Dəstək İctimai Birliyi “Cəmiyyətə örnək olan Şəhid və qazi analarına mənəvi dəstəyimizi davam etdirək” layihəsini həyata keçirir.

Azərbaycan Ahıllara və Tənhalara Dəstək İctimai Birliyinin sədri, layihə rəhbəri Ruhiyyə Məmmədovanın Sosialxəbər.az saytına verdiyi məlumata görə, layihə çərçivəsində 24 fevral 2022-ci il saat 14-də Şəhidlərimizin xatirəsini əbədiləşdirmək məqsədilə Bakı şəhərinin Xətai rayonunun ərazisində (Zığ yolu küç. 41c. Gənclik parkı ilə üzbəüz, ) ağacəkmə kampaniyası təşkil olundu. İqlim şəraitinə və mövcud relyefə uyğun olaraq 300-ə yaxın ağac əkildi. Tədbirdə dövlət və qeyri-hökümət təşkilatlarının nümayəndələri, media təmsilçiləri, xeyli sayda Şəhid ailələrinin üzvləri və digər şəxslər fəal şəkildə iştirak etdilər.

QHT sədri daha sonra bildirib ki, Şəhidlərimizin xatirəsini əbədiləşdirmək məqsədilə yaradılan bu park gələcəkdə daha da zənginləşəcək. Ümid edirik ki, Xətai rayonunun icra strukturları və digər qurumlar bu ərazidə əkilmiş agaclara davamlı olaraq qulluq prosesini davam etdirəcəklər. “Şəhidlər Parkı” nın salınmasında əməyi olan hər kəsə, xüsusilə, Şəhid ailələrinə öz dərin təşəkkürümüzü çatdırırıq.

Previous article“Ziyalı Ocağı” İctimai Birliyi “Xocalıya ədalət!” adlı tədbir keçirdi
Next article“Pensiya təminatı, istehlak bazarı və pensiya təminatı arasında adekvatlığın gücləndirilməsi” mövzusunda müzakirə-dinləmə keçirilmişdir

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here