Home Dünya Reznikov çağırış etdi: Qoymayın gəlsinlər, öldürəcəyik!

Reznikov çağırış etdi: Qoymayın gəlsinlər, öldürəcəyik!

150
0

Ukraynanın müdafiə naziri Aleksey Reznikov ruslara müraciət edib.

Sosialxəbər.az xəbər verir ki, bu barədə o, Feysbukda yazıb.

“Rusiya sakinlərinə müraciət etmək istəyirəm. Xüsusilə rus əsgər və zabitlərinin həyat yoldaşlarına, analarına, rəfiqələrinə… Bir neçə gün ərzində Ukraynaya müdaxilədən sonra iki çeçen müharibəsindəki qədər rus hərbçisi məhv ediləcək. Minlərlə insan. Minlərlə…. Rusiyanın rəhbəri qatil oldu. Təkcə ukraynalıların yox, rusların da qatili. Biz bilirik ki, indi Rusiyanın hər yerində çox gənci təcili orduya aparırlar. Minimum döyüş bacarıqları olan çağırışçıları göndərməyə hazırlaşırlar. Həmin müqaviləli əsgərlərə əslində hara getdikləri və onları nə gözlədiyi deyilmir. Əgər sizin üçün əzizdirlərsə, onları gizlədin”, – Reznikov yazıb.

Nazir onları ölümə göndərməməyə çağırıb:

“Ukraynanın hər bir şəhərində hər pəncərədən öldürüləcəklər. Küçələrə çıxın. Müharibənin dayandırılmasını tələb edin. Rusiya ordusunun Ukraynadan çıxarılmasını tələb edin. Qorxmayın! Həqiqət sizin tərəfinizdədir. Sonradan peşman olmamaq üçün hər şeyi indi edə bilərsiniz. Kremlin hərbi cinayətləri ilə bağlı bütün məlumatlar üzə çıxanda yaxınlarınız sizə çox minnətdar olacaqlar”, – o əlavə edib.

Previous articlePutin heç vaxt ölkəmizi ələ keçirə bilməyəcək
Next articleİstanbulda “Xocalıya ədalət” konfransı və sərgisi keçirildi

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here