Home Dünya Putin heç vaxt ölkəmizi ələ keçirə bilməyəcək

Putin heç vaxt ölkəmizi ələ keçirə bilməyəcək

243
0

Hamı başa düşməlidir ki, Putin Ukraynaya deyil, bütün dünyaya müharibə elan edib.

Sosialxəbər.az xəbər verir ki, bu açıqlama ilə Ukraynanın eks-prezidenti Pyotr Poroşenko çıxış edib.

Paytaxt Kiyev küçələrində silahlı və müdafiə qüvvələrinin ətrafında dayanan Poroşenko CNN-ə bildirib ki, ukraynalılar öz ölkələrini müdafiə etməyə hazırdır:

“Rusiya Prezidenti Vladimir Putin heç vaxt ölkəmizi ələ keçirə bilməyəcək”.

Poroşenko ABŞ və Böyük Britaniyaya silah dəstəyi verdiyi üçün təşəkkür edib: “Bu, tək olmadığımızı, birgə olduğumuzu hiss etməyimiz baxımından vacibdir”.

“Nə qədər əsgər öldürürsə-öldürsün, nə qədər raketi, nüvə silahı olursa-olsun, biz ukraynalılar gələcəyi Avropada olan azad insanlarıq”, – Poroşenko qeyd edib.

Previous articleBu, İrəvanın irqçi siyasətinin bariz nümunəsidir – Bayramov
Next articleReznikov çağırış etdi: Qoymayın gəlsinlər, öldürəcəyik!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here