Home Cəmiyyət İstanbulda “Xocalıya ədalət” konfransı və sərgisi keçirildi

İstanbulda “Xocalıya ədalət” konfransı və sərgisi keçirildi

203
0

“İslahatçı Gənclər” İctimai Birliyi və Ümraniyə Bələdiyyəsinin birgə təşkilatçılığı, Azərbaycanlı Tələbələr və Məzunlar Platformasının (ASAP) təşkilatı dəstəyi ilə Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunmuş konfrans keçirilib və foto sərgi açılıb.

Tədbirdə Ümraniyə bələdiyyə sədri İsmət Yıldırım, Azərbaycanın İstanbuldakı konsulu Zaur Allahverdizadə, “İslahatçı Gənclər” İctimai Birliyinin sədri Fərid Şahbazlı və digər rəsmi şəxslər iştirak edib.

Çıxış edənlər Xocalı soyqırımında azərbaycanlılara qarşı törədilən vəhşiliklərdən söz açaraq baş verən hadisəyə dünya tərəfindən hüquqi və siyasi qiymət verilməsinin zəruriliyinə diqqət çəkiblər.

Natiqlər qeyd edib ki, 44 günlük Vətən müharibəsində ölkəmizin qazandığı böyük zəfərdən sonra Azərbaycanın ərazi bütövlüyü uğrunda həyatını itirən bütün şəhidlərimizin ruhu şaddır.

Onlar bildirib ki, Xocalıda baş verən dəhşətlərin dünya ictimaiyyətinin diqqətinə çatdırılması işində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın reallaşdırdığı “Xocalıya ədalət” kompaniyasının mühüm rolu var.

Çıxış edənlər qeyd edib ki, Türkiyə ictimaiyyəti və türk gəncliyinin Xocalıda baş verən dəhşətləri dərindən araşdırması gələcək üçün önəmli faktdır.

Daha sonra çıxış edən Azxeber.com saytının baş redaktoru Hacıbəy Heydərli, hüquq müdafiəçisi Əhməd Şahidov, ASAP koordinatoru Ramiyə Şahgəldiyeva Xocalıda yaşananların bir insanlıq cinayəti olduğunu qeyd ediblər.

Natiqlər bildirib ki, Xocalıda baş verənlərə zamanında lazımi hüquqi və siyasi qiymət verilmədiyindən bu gün dünyanın müxtəlif ölkələrində uşaqlar, yaşlılar, qadınlar zorakılıqlara məruz qalır.

Çıxışçılar qeyd edib ki, Xocalı soyqırımı bu il böyük kədərlə yanaşı, eyni zamanda böyük qürur hissi ilə anılır. Çünki 44 günlük Vətən savaşında Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan öz tarixi torpaqlarını bərpa edib.

Natiqlər Azərbaycan-Türkiyə arasında tarixi dostluq münasibətlərinə diqqət çəkərək iki ölkə arasında əlaqələrin bütün dünya üçün örnək model rolunu oynadığını qeyd ediblər.

Daha sonra sərgiyə baxış keçirilib. Azərbaycandan gələn nümayəndə heyəti Türkiyə ictimaiyyətinin nümayəndələrinə Xocalıda yaşanan dəhşətləri danışıblar.

Previous articleReznikov çağırış etdi: Qoymayın gəlsinlər, öldürəcəyik!
Next articleƏlibaba Məmmədovun dəfn olunacağı yer açıqlandı

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here