Home QHT Cəzasızlıq bəşəriyyəti fəlakətə sürükləyir

Cəzasızlıq bəşəriyyəti fəlakətə sürükləyir

76
0

Son bir neçə ildə bir sıra dövlətlərin parlamentləri, tanınmış siyasi xadimləri Xocalı hadisələrinə qiymət verərək  soyqırım aktı kimi tanıyıblar. Bütün bunlar Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması baxımından müsbət haldır. Lakin yetərli deyil. Həmin hadisələrə siyasi qiymət verib tanımaq,  soyqırımı törədənləri pisləmək  mövcud reallıq baxımından  zəruri olsa da,  hüquqi baxımdan məsələnin həlli deyil. Məsələnin ədalətli həlli üçün  cinayət varsa cəza mexanizmi işə düşməlidir. Cəzasızlıq bəşəriyyəti fəlakətə sürükləyib. Ukraynada baş verən son proseslər bunu bir daha sübut edir.

Xocalı  soyqırımı məsələsi hüququ müstəviyə çoxdan çıxarılmalı idi. Məlum məsələdir ki, Xocalı faciəsi Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzünün tərkib hissəsi olmuşdur.  Təbii ki, buna görə,  Ermənistanın əməlləri beynəlxalq cinayət sayılmalıdır. Ermənilər bir sıra beynəlxalq konvensiyaların o cümlədən Haaqa Konvensiyasının, Müharibə vaxtı mülki əhalinin müdafiəsi haqqında 12 avqust 1949-cu il Cenevrə Konvensiyasının, 1949-cu il Cenevrə Konvensiyalarına əlavə

Protokolda ehtiva edilmiş beynəlxalq humanitar hüquq normalarını kobud şəkildə pozublar.

Xocalı hadisələri zamanı dinc insanların kütləvi şəkildə qəddarlıqla qətlə yetirliməsi, öldürülmüş şəxsləruin təhqir edilməsi insanlıq əleyhinə cinayətlərdir. Bu cinayətlərin törədilməsinə görə, birmənalı şəkildə  Ermənistanın o zamankı prezidenti Levon Ter Petrosyan, həmin dövrdə Qarabağda cinayətkar rejimə rəhbərlik etmiş Robert Köçəryanın, Serj Sarkisyanın, digər ermənilərin və həmçinin onlara dəstək verən rus hərbiçilərinin məsuliyyətə cəlb olunması istiqamətində proseslər çoxdan başlamalı idi.  Çox təəssüf  ki, həmin soyqırımda iştirak etmiş şəxslərin hələlik məsuliyyətə cəlb olunmasının şahidi olmuruq. Xocalıya ədalət  o zaman olacaq ki,, törədilmiş soyqıma  hüquqi qiymət verilsin, həmin cinayətkarlar məhkəmə qarşısına çıxarılsın.

Müharibə cinayətləri və dinc insanlara qarşı soyqırım törədənlərlə bağlı dünyada məhkəmələrində kifayət qədər nümunələri var. Bu dəfələrlə qeyd olunub.  II dünya müharibəsində  qanlı cinayətlər törətmiş,

minlərlə günahsız insanın ölümünə bais olan faşıst Almaniyasıında bir sıra şəxslər  məhkəmə qarşısına çıxarılaraq layiqli cəzalarını aldılar. Adolf  Hitler və onun silahdaşlarının bəşəriyyət tarixində törətdiyi ağlagəlməz cinayətlər Beynəlxalq Hərbi Tribunal Məhkəməsi Kollegiyasının Nyurnberq məhkəməsində aparılmışdı.  Məhkəmədən sonra ittiham çıxışındakı tələblər nəzərə alınmaqla 21 canidən 12 nəfəri ölüm, qalanları isə müxtəlif növlü cəzalara məhkum edildi.  Müharibədən zərər çəkən yəhudilər və onların yaxınları  bu gündə Almaniya dövlətindən dəymiş ziyana görə, kompensasiya alırlar. Əslində  soyqırım törədən cinayətkarların cəzalandırılması baxımından bütün bunlar  yaxşı  təcrübədir.

Hətta onu da qeyd edim ki, ötən əsrin 90-cı illərindən sonra keçmiş Yuqoslaviyada baş verən qanlı cinayətlərə görə, bəzi şəxslər məsuliyyətə cəlb olundu.  Birbaşa müharibə cinayətlərində əli olan şəxslər axtarışa verildi. Belə nümunələri xeyli artırmaq olar,  Bəs, bu gün belə təcrübədən niyə biz yararlanmayaq?  Bu gün  müharibə cinayətlərində birbaşa iştirakı olan şəxslərin cəzalanmaması  dünyada hərbi zorakılığı təşviq edir.

Hərbi zorakılıq siyasətindən bəzi qüvvələri çəkindirmək məqsədilə  Xocalı soyqırımında  iştirakı olan və həmin hadisələrin təşkilatçıları hüquqi məsuliyyətə cəlb olunmalıdır. Əgər müharibə  və ümumilikdə soyqırımda iştirakı  iddia olunan şəxslər  məsuliyyətə cəlb olunmasa,  adları bəlli olan həmin şəxslərə qarşı yenə loyal münasibət davam edərsə, o zaman  beynəlxalq hüquq indikindən daha bərbad vəziyyətə düşəcək.

Xocalı soyqırımında, ümumilikdə  Qarabağda dinc azərbaycanlılara qarşı törədilən qətl hadisələrində  iştiraklarını ermənilər özləri birmənalı şəkildə təsdiqləyiblər.  İngilis jurnalisti Tomas de Vaal yazırdı ki, erməni hərbi komandiri Serj Sarkisyandan Xocalının işğalı haqqında danışmağı xahiş etdib. Sarkisyan  isə baş vermiş hadisələrlə bağlı deyib: “Xocalıya qədər azərbaycanlılar düşünürdülər ki, bizimlə zarafat etmək olar, onlar düşünürdülər ki, ermənilər mülki əhaliyə əl qaldırmağa qadir deyillər. Biz bu stereotipi sındırmağı bacardıq”.

Həmçinin Ermənistanın keçmiş prezidenti Robert Köçəryanda prezidentliyi dövründə Avropa Şurasının tribunasından  Qarabağda dinc azərbaycanlılara qarşı etdiyi bütün vəhşilikləri fəxrlə təsdiqləyib. Göründüyü kimi, qeyd olunan və qeyd olunmayan faktlar cinayətkarların kimliyini tam sübut edir.  Deməli, beynəlxalq hüququn mexanizmlərinin işə düşməsinə nail olmalıyıq.

Əkrəm Bəydəmirli

Previous articleFransa səfiri Xocalı ilə bağlı paylaşım etdi
Next articleXızı rayonunda  Xocalı Soyqırımının 30-cu il dönümü ilə əlaqədar tədbir təşkil olunacaq

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here