Home Dünya Yalnız bu, Ukraynanı xilas edə bilər – Mixaylov

Yalnız bu, Ukraynanı xilas edə bilər – Mixaylov

246
0

Olmalı olanlar oldu. Kreml bu addımı atmağa məcbur qaldı. Bu, Ukraynaya hücum deyil, Moskva tərəfindən tanınan iki dövlətin tələb etdiyi rəsmi hərbi dəstək üçün qoşunların yeridilməsidir.

Sosialxəbər.az bildirir ki, Bu fikirləri Axar.az-ın müxbirinə müsahibəsində rusiyalı ekspert Yevgeni Mixaylov deyib.

“Putinin sözlərini xatırlayın: “Əgər döyüş qaçılmazdırsa, ilk növbədə siz zərbə endirməlisiniz”. Beləliklə, Rusiya vurdu. Bu, Ukrayna xuntasına zərbədir. Bu mənim sırf şəxsi fikrimdir. Orada Ukrayna Silahlı Qüvvələri dinc əhalini – uşaqları, qadınları öldürdü. Buna az adam diqqət yetirdi. Hamı qışqırırdı ki, separatçılar var və s. Əslində, 2014-cü ildə gələn hakimiyyəti qəbul etmək istəməyən Ukrayna xalqı idi. Bu gün Rusiyanın buna haqqı var. Orada nə desələr də, Rusiyanın milli maraqlarına real təhlükə mövcuddur. Ən əsası isə zərbələr Ukraynada mülki şəxslərə deyil, bu ölkənin hərbi obyektlərinə endirilib. Bu ölkəni heç kim işğal etmək fikrində deyil”, – həmsöhbətimiz bildirib.

Onun sözlərinə görə, Ukrayna xalqı ayağa qalxmalı və ölkənin indiki rəhbərliyini zorla dəyişməli və bütün satqınları qovmalıdır:

“Yalnız bu, Ukrayna dövlətçiliyinin məhv edilməsi prosesini dayandıra bilər. Bu müharibə bütün bu müddət ərzində ölkəni talan edən və Qərbin tam himayəsində olan Ukrayna rəhbərliyinin vicdanındadır”.

Previous articleBritaniya: Rusiya dağılmayınca sakitləşməyəcəyik!
Next articleKiyev meri: “Yaşayış binasına raket qalıqları düşüb” – FOTO

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here