Home Dünya Ukrayna Prezidenti itkilərin yeni sayını AÇIQLADI

Ukrayna Prezidenti itkilərin yeni sayını AÇIQLADI

79
0

“Rusiyanın hücumları nəticəsində müharibənin birinci günü 137 Ukrayna vətəndaşı həlak olub, onlardan 10-u zabitdir. 316 nəfər isə yaralanıb”.

Bu açıqlama ilə Ukrayna Prezidenti Volodimir Zelenski çıxış edib.

O qeyd edib ki, Zmeynıy adasını müdafiə edən sərhədçilərin hamısı Rusiya qoşunları ilə döyüşdə həlak olublar.

V.Zelenski həmçinin bildirib ki, Rusiya mülki hədəflərə hücum edir. 44 yaşlı V.Zelenski guya onun Kiyevi tərk etməsi ilə bağlı şayiələri təkzib edib.

“Düşmən birinci hədəf kimi məni, ikinci hədəf kimi isə mənim ailə üzvlərimi seçib”, – Ukrayna Prezidenti vurğulayıb.

O, həmçinin Rusiya silahlı qüvvələrinin diversiya qruplarının Kiyevə daxil olduğunu bildirib.

Previous articleİlham Əliyev Ərdoğanı təbrik etdi
Next articleBiz döyüşürük, Qərb uzaqdan izləyir – Zelenski

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here