Home QHT Sumqayıtda əlilliyi olan şəxslərin əmək bazarında iştirakçılığı mövzusunda tədbir keçirildi

Sumqayıtda əlilliyi olan şəxslərin əmək bazarında iştirakçılığı mövzusunda tədbir keçirildi

329
0

23 fevral 2022-ci il tarixində Sumqayıt şəhəri “Poeziya evində əlilliyi olan şəxslərin məşğuluğu ilə bağlı tədbir keçirildi.

Sosialxəbər.az xəbər verir ki, “İstedadlı Əlillər” Ictimai Birliyi Azərbaycan Respubilikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “İnkluziv iqtisadi modelin inkişafı: əliliyi olan şəxslərin əmək bazarında iştirakçılığının artırılması” adlı tədbiri giriş sözü ilə açan İB-in sədri, layihə rəhbəri Qubad Qasımov layihə barədə geniş məlumat verdi. Qubad Qasımov bildirdi ki, Layihə çərçivəsində Sumqayıt şəhəri, İsmayıllı, Qəbələ, Şəki, Zaqatala və Abşeron rayonlarında tədbirlərin keçirilməsi nəzərdə tutulur və layihə 5 ay davam edəcək.

Layihənin məqsədi əhalinin aztəminatlı sosial qruplarından olan əlillərin sosial müdafiəsinin daha da gücləndirilməsi istiqamətində həyata keçirilən dövlət proqramlarından biri olan özünüməşğulluq proqramlarında əlil vətəndaşlarının iştirakçılığının artırılması yolu ilə onların rifahı ilə şəxsi bacarıqları arasında funksional asılılığı artırmaqdır.

 Layihənin eksperti Rəşad Həsənov tədbirdə əlilliyi olan şəxslərə özünüməşğulluq proqramının mahiyyəti, əhəmiyyəti, onların sosial rifahı üçün ortaya qoyduğu imkanlar, proqramdan yararlanmağın üstünlükləri, proqrama müraciət etmə və iştirak qaydaları, ailə təsərrüfatı və yaxud kiçik biznesin yaradılması üçün təmin edilən dəstək və s. bu kimi məsələlər haqqında geniş və ətraflı məlumat verdi.

Tədbirdə Məşğulluq Agentliyinin Sumqayıt Regional İdarəsinin numayəndəsi Zaur Allahverdiyev əlilliyi olan şəxslərə özünəməşğulluq proqramının qanunvericiliyə uyğunluğu haqqında məlumat verdi və sualları cavablandırdı.
Daha sonura KOBİA Abşeron regional koordinatoru Elmar Rzayev, KOBİA Sumqayıt şəhər numayəndəsi Lalə Bilalova, Əlil Təşkilatlar İttifaqının Prizdenti Davud Rəhimli, ƏSMİD ictimai birliyinin sədri Səbinə Kərimova cıxış edərək layihənin vacibliyi və aktuallığını vurguladılar.

Tədbir çərçivəsində özünüməşğulluq proqramı geniş müzakirə edilərək, iştirakçıların təklifləri dinlənildi.
Sonda Layihənin rəhbəri Qubad Qasımov layihəyə maliyyə dəstəyi göstərən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə və tədbir iştirakşılarına öz təşəkkürünü bildirdi.

Previous articleUkrayna ordusu daha iki rus tankını vurdu
Next articleUkrayna “Bayraqdar”ları qaldırdı – İkisi vuruldu

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here