Home İdman “Qarabağ”ın matçını izləməyə gələnlərin – Diqqətinə!

“Qarabağ”ın matçını izləməyə gələnlərin – Diqqətinə!

2868
0

Bu gün Tofiq Bəhramov adına stadionda baş tutacaq oyunu izləməyə gələn azarkeşlərdən şəxsi avtomobillərdən mümkün qədər istifadə etməmələri xahiş olunur.

Sosialxəbər.az bildirir ki, Bu barədə Axar.az-a açıqlamasında Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru polis mayoru Araz Əsgərli məlumat verib.

Sürücülərə səslənən polis mayoru qeyd edib ki, azarkeşlərin və digər hərəkət iştirakçılarının rahat hərəkətinin təşkili və təhlükəsizliyinin təmin edilməsi məqsədilə tədbirlər görülüb:

“Qarabağ” və “Marsel” komandalarının Tofiq Bəhramov adına stadionda saat 21:45-də keçirilməsi nəzərdə tutulan oyuna gələn və həmin ərazidən istifadə edən şəxslərin hərəkətinin təhlükəsizliyini və fasiləsizliyini təmin etmək məqsədilə tövsiyələrə diqqət etmələri xahiş olunur.

Belə ki, azarkeşlərdən stadiona yaxın yəni Əhməd bəy Ağaoğlu, Fətəli Xan Xoyski və Aşıq Alı küçələri istiqamətində şəxsi minik nəqliyyat vasitələrindən mümkün qədər az istifadə etmələri rica olunur. Əsasən ictimai nəqliyyata üstünlük vermələri arzuolunandır”.

Previous articlePeşə təhsili alan və təhsilini başa vurmuş gənclərin özünüməşgullüq imkanlarının artırılması məqsədi ilə təlimlərə başlanılır
Next articleMirkişilinin İrəvandan bu fotosu erməniləri “qəzəbləndirdi”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here